Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:34

NATO üzvlərinin yarıdan çoxu müdafiə xərclərini artırır


Jens Stoltenberg

NATO-nun 29 üzvündən 15-i 2024-cü ilədək alyansın müdafiə xərcini artırmaq hədəfinə əməl edəcəklərni açıqlayıblar, ümumilikdə xərcləmənin 46 milyard dollar artırılacağı gözlənir. Bunu qurumun baş katibi Jens Stoltenberg deyib.

Bu, ciddi irəliləyiş və yaxşı başlanğıcdır”, – baş katib fevralın 13-də NATO müdafiə nazirlərinin Brüssel toplantısında deyib.

“İllər boyu davam edən azalmadan sonra, 2014-cü ildən bəri artıq üç ildir Avropa müttəfiqləri və Kanada müdafiə xərclərini artırır”, – o vurğulayıb.

Bu arada ABŞ müdafiə naziri Jim Mattis-in Avropadakı müttəfiqlərə hərbi xərcləri NATO-nun qoyduğu səviyyəyə yüksəltməkdən ötrü təzyiq göstərəcəyi gözlənir. Bu, ABŞ prezidenti Donald Trump-ın da qarşıya qoyduğu əsas öhdəliklərdən biridir.

NATO üzv ölkələrin ÜDM-lərinin 2 faizini müdafiəyə xərcləməsini hədəf qoyub. Amma indiyədək NATO-nun 29 üzvündən çox az qismi buna əməl edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG