Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 22:19

Neftçilərin istirahət yerləri özəlləşdirilir


Hərrac

Əmlak Məsələləri Dövlət Komitəsinin «Qubek Otel» istirahət zonasını hərraca çıxardığı bildirilir. Dördulduzlu otelin 18.2 milyon manat dəyərində qiymətləndirildiyi açıqlanıb.

«Turan» agentliyinin xəbərinə görə, «Qubek» mehmanxanası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsinə məxsus idi. Otel Balakəndə 9.3 min kvadratmetr ərazini əhatə edir və 13.4 min kvadratmetr ərazidə yerləşir. Otelin neftçilərin istirahət yerlərindən biri olduğu bildirilirdi.

Xəbərdə vurğulanır ki, hərrac martın 13-də Balakəndə keçiriləcək. Torpaq sahəsi nəzərə alınmaqla otelin başlanğıc qiyməti 18.2 milyon manat səviyyəsində müəyyən edilir.

2016-cı ilin noyabrında Nazirlər Kabinetinin SOCAR-ın 7 istirahət zonasını özəlləşməyə çıxarmağa qərar verdiyi bildirilirdi.

XS
SM
MD
LG