Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 18:08

MİDA ilə bağlı fərman verilib


Arxiv fotosu

Azərbaycan prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb.

Fərman Mənzil İnşaatı Dövlət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi məsələlərini tənzimləyir.

Sənədə əsasən, prezident agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması, agentliyin yenidən təşkili və ləğvinə razılıq verilməsi səlahiyyətlərini özünə verir.

İllik maliyyə hesabatlarının təsdiqi və bir sıra əqdlərin bağlanmasına razılıq verilməsi də ölkə başçısının səlahiyyətinə aid edilir.

Buna da bax: Hövsanda sosial evlərin tikintisinə hazırlıq başlandı

Agentlik özü isə prezidentlə razılaşdırmaqla, strukturunu təsdiq edə, biləcək.

Fərmana əsasən, agentliyin nizamnamə fondu 100 milyon manat təşkil edir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MIDA) prezident İlham Əliyevin 2016-cı il aprelin 11-də imzaladığı fərmanla yaradılıb.

Həmin fərmanla MİDA-nın əsasnaməsi və onun strukturu təsdiq edilib. Agentliyik işçilərinin ümumi say həddi 60 ştat vahidi müəyyən edilib. Agentliyin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.

Fərmana əsasən, “MİDA” MMC-nin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək obyektlərin tikinti ərazisinədəki mühəndis-kommunikasiya təminatı sistemi və xətləri dövlət büdcəsinin vəsaiti hesabına çəkilir. Cəmiyyətin sərəncamına verilən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatı da dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

Buna da bax: Sosial binaların tikintisi üzrə müqavilələrin qiyməti açıqlanıb

Prezidentin həmin il noyabrın 16-da imzaladığı digər fərmanla MIDA-nın sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədilə «Elektron hökumət» portalında «Güzəştli mənzil» sistemi yaradılıb.

Sistem 2017-ci il mayın 1-dən tətbiq edilir.

Ötən ilin əvvəlində MİDA” MMC Yasamal rayonu ərazisində 29 yaşayış binasının tikintisinə başlayıb. Dekabrın 24-də isə bu qurumun ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib. İlk sosial binanın bu ilin yayında istifadəyə veriləcəyi bildirilir.

Sosial binalardan yalnız güzəştli ipoteka ala bilənlərin mənzil əldə edəcəkləri bildirilir. Agentlikdən bildirildiyinə görə, orda mənzillər bazar qiymətlərindən nisbətən ucuz olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG