Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:26

İranda hicaba görə 29 qadın saxlanıb


Tehranda qadınlar
Tehranda qadınlar

İran polisi bildirir ki, baş örtüyünü çıxarmış 29 qadın həbs olunub. Son günlər İranda məcburi baş örtüyünə etiraz edən qadınların sayı artmaqdadır.

Tasnim xəbər agentliyi fevralın 1-də yazıb ki, polis qadınların xaricdə yaşayan iranlıların apardığı təbliğat kampaniyasına “aldanaraq” baş örtüklərini çıxardıqlarını bildirir.

Həbslərin hamısının Tehranda aparılıb-aparılmadığı bəlli deyil

İranda 1979-cu il islam inqilabından bəri qadınların ictimai yerlərdə örtülü geyinməsi məcburi elan edilib.

*** Buna da bax: İnqilab küçəsinin qızı

DAHA ÖNCƏ 6 QADIN SAXLANMIŞDI

Ölkədəki geyim kodeksinə görə, ictimaiyyət arasına çıxan qadınların saçları və bədənləri qapadılmalıdır.

Əxlaq polis hicab qaydalarına tam əməl etməyənlərə qarşı mütəmadi reydlər keçirir.

Fevralın 1-də yayılmış informasiyadan öncə Tehranda azı altı qadının oxşar etirazlarda saxlandığı deyilirdi.

Baş örtüyünü çıxararaq yelləmiş qadın dünyanın diqqətini çəkib və yanvarın 28-də azad olunub. O, ötən ay saxlanmışdı.

Amnesty International beynəlxalq insan haqları təşkilatı həmin qadının dərhal azadlığa buraxılmasına çağırırdı.

Bu ölkədə məcburi geyim kodeksinə meydan oxuyan fəallar bir neçə həftəlik həbs cəzasına məhkum edilə bilərlər.

*** Buna da bax: İranda qadın hicab məhbusu buraxılıb

Dekabrda İranda daha geniş antihökumət etirazları keçirildi. Azı 22 nəfər öldürüldü, 1000 nəfər saxlandı. Bu etirazlar ilkin olaraq bahalanmaya qarşı başlandı, sonradan miqyası böyüdü.

İran prezidenti Hassan Rohani hicab etirazlarına birbaşa münasibət açıqlamayıb. Amma keçmişdə bu məsələylə bağlı hakimiyyəti mötədil davranmağa çağırmışdı.

Arxamızda xalq durmasa, onların tənqidini gözardı etsək, heç nəyə nail olmarıq”, – Rohani yanvarın 31-də deyib.

Ölkədəki bütün məmurlar xalqın tələblərini və arzularını eşitməlidirlər”, – prezident söyləyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG