Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:26

İranda qadın hicab məhbusu buraxılıb


Ağ baş örtüyünü nümayişkaranə şəkildə açmış qadın
Ağ baş örtüyünü nümayişkaranə şəkildə açmış qadın

Ötən ay Tehranda hicaba qarşı dinc etiraz edərkən saxlanmış qadın azadlığa buraxılıb. Bunu insan haqları vəkili deyir.

İnqilab küçəsindəki qadın buraxılıb”, – vəkil Nasrin Sotoudeh yanvarın 28-də Facebook səhifəsində yazıb.

Sotoudeh yazır ki, işlə maraqlanmaqdan ötrü prokurorluğa gedib, qadının yanvarın 27-də buraxıldığını öyrənib.

Ümid edirəm, qadının təməl hüquqlarından yararlandığına görə ona ziyan vurmaqdan ötrü hüquqi iş uydurmayacaqlar. O, cinayət təqibini gərəkdirən heç nə etməyib”, – vəkil yazıb.

İran rəsmiləri bu işlə bağlı açıqlama verməyiblər.

***

Amnesty International insan haqları qrupu İran hakimiyyətini Tehranda ötən ay saxlanmış qadını “dərhal və qeyd şərtsiz” azadlığa buraxmağa çağırır. Həmin qadının ölkədəki məcburi geyim kodeksinə dinc etiraz etdiyi bildirilir.

“AŞAĞILAYICI QAYDA LƏĞV OLUNSUN”

Yanvarın 24-də yaydığı bəyanatda qurum bir daha hakimiyyəti “məcburi baş örtüsünə qarşı çıxan qadınların təqibini dayandırmağa, bu ayrıseçkilik yaradan, aşağılayıcı təcrübəni ləğv etməyə” çağırır.

Amnesty International üç şahidə istinadla bildirir ki, polis qadını elə etiraz etdiyi gün İnqilab küçəsində saxlayaraq yaxınlıqdakı təcridxanaya aparıb. Qadının adının “ailəsi tərəfindən təhlükəsizlik səbəbindən gizli saxlanıldığı” qeyd olunur.

İranlı insan haqları müdafiəçisi Nasrin Sotoudeh AzadlıqRadiosu-na müsahibəsində 31 yaşlı qadının 19 aylıq körpəsi olduğunu söyləyib.

İranda əxlaq polisi vaxtaşırı hicab qaydalarını pozanlara qarşı reydlər keçirir.

Amnesty bildirir ki, bu təcrübə “onillərdir İranda qadınların qeyri-ayrıseçkiliyə məruz qalmamaqla bağlı, eləcə də din və inanc, ifadə, qanunsuz saxlama və həbslərdən, işgəncə və digər qəddar, qeyri-insani rəftardan qorunma hüquqlarını pozur”.

***

Dekabrın sonunda İranda başlanan antihökumət etirazlarının simvoluna çevrilmiş qadınla bağlı sosial mediada kampaniya aparılır. “BBC” yazır ki, adı hələ də naməlum qalan, ağ baş örtüyünü nümayişkaranə şəkildə açmış qadının fotosunu sosial mediada minlərlə izləyici paylaşmışdı. İndi isə hamını bir sual düşündürür: Həmin qadın hardadır?

Qadın etirazçının dekabrın 27-də həbs olunmasını yanvarın 22-də BBC-nin fars xidmətinə təsdiqləyiblər. İnsan haqları vəkili Nasrin Sotoudeh deyib ki, 31 yaşlı həmin qadının 20 aylıq körpəsi də var.

*** Buna da bax: İran etirazlarından kim güclü çıxdı

O HARDADIR?

Keçmiş siyasi məhbus olan Sotoudeh gənc qadın etirazçıyla bağlı informasiya yayan ilk fəaldır.

Araşdırmalarımız adını hələ də bilmədiyimiz gənc qadının elə həmin gün həbs olunduğunu təsdiqləyir”, – o, bazar günü Facebook-da yazıb.

Amma etirazçının az sonra buraxıldığı, daha sonra bir daha saxlandığı bildirilir.

Yanvarın 17-dən azərbaycanca #o_hardadır anlamını verən farsca həştəq Twitter-də 28 min dəfədən çox paylaşılıb. BBC digər sosial media kanallarında da oxşar kampaniya aparıldığını qeyd edir.

Qadının fotosu il dəfə Ağ Çərşənbə kampaniyasıyla bağlı işlədilib, bu kampaniya çərçivəsində İranda qadınlar ağ geyinərək ölkədəki sərt geyim kodeksinə etirazlarını bildirirlər.

1979-cu il İran inqilabından sonra bu ölkədə qadınların başlarını örtməsi tələb olunur.

“İRANDA MÜTLƏQ HƏBS OLUNARDIM”

Ötən dekabrda başlayıb bir həftədən çox davam etmiş antihökumət etirazlarına çıxanlar hökumət korrupsiyasına, işsizliyə, zəif iqtisadiyyata etiraz ediblər. Etirazlarda azı 20 nəfərin həlak olduğu bildirilir.

Baş örtüyünü açan qadının fotosu isə etirazların simvolu kimi dünyaya yayılaraq şöhrət qazandı.

*** Buna da bax: Həbsdə olan gəncin ölümü narahatlıq doğurur

Dekabrda, yanvarın əvvəlində qadının həbsiylə bağlı şayiələr yayılandan iranlılar onun tapılmasından ötrü sosial mediadan daha çox yararlanıblar.

Fəal və jurnalist, Ağ Çərşənbələr kampaniyasının yaradıcısı Masih Alinejad şənbə günü özünün Birləşmiş Ştatlarda hicabsız videosunu və farsa həştəq paylaşıb, əlində də ağ parçanı yelləyir.

“İranda bu cür etiraz etsəydim, mütləq həbs olunardım. Bu gün məcburi hicaba etiraza görə cəzalandırıla biləcək milyonlarla iranlı qadının səsini əks etdirirəm”, – o yazıb.

Etirazçı qadının taleyilə maraqlanan, İranda doğulmuş kanadalı bloqqer Armin Navabi-nin tviti isə 2 mindən çox dəfə bəyənilib, 2 min dəfə təkrar tvit olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG