Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:52

Almaniyada koalisiya razılaşmasına nikbinlik yaranıb


CSU sədri Horst Seehofer (solda) və Angela Merkel, arxiv fotosu

Almaniyanın əsas siyasi partiyalarının liderləri deyirlər ki, “böyük koalisiya” razılaşmasının yekunlaşdırılmasıyla bağlı nikbindirlər.

Kansler Angela Merkel-in mühafizəkar Xristian Demokratları (CDU), onların Bavariyadakı qardaş partiyası olan Xristian Sosial Birliyinin (CSU) və sol yönümlü Sosial Demokratların (SPD) təmsilçiləri fevralın 2-də ayrı-ayrılıqda görüşəcəklər, həftəsonu isə danışıqların yekun raundu keçirilməlidir.

Partiyalar koalisiyayla bağlı razılaşma əldə etməkdən ötrü öz aralarında fevralın 4-nü son tarix qoyublar.

CSU-dan Andreas Scheuer deyib ki, hələ yoluna qoyulası əngəllərə baxmayaraq, o nikbindir.

Almaniyada yeni dinamikanı başlatmaq istəyirik”, – Scheuer deyib.

Onun sözlərinə görə, son tarix qoyulmasına baxmayaraq, yüksək səviyyəli danışıqlar fevralın 5-də və ya 6-da davam edəcək. Tərəflərin səhiyyə və işsizlik məsələlərindəki fikir ayrılıqlarını həll etməyə çalışdıqları bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG