Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Türkiyə Afrin əməliyyatıyla bağlı Fransanın dediklərini “təhqir” sayır


Türkiyənin Afrin əməliyyatına etiraz aksiyasından foto, 30 yanvar, 2018-ci il
Türkiyənin Afrin əməliyyatına etiraz aksiyasından foto, 30 yanvar, 2018-ci il

Bu gün- fevralın 1-də Türkiyə Suriyanın şimalında apardığı hərbi əməliyyatla bağlı Fransanın yozumunu “təhqir” adlandırıb. “Reuters” agentliyi yazır ki, bu, Ankarayla NATO müttəfiqləri arasında Afrin əməliyyatıyla əlaqədar gərginliyin qaldığını göstərir.

Fransa prezidenti Emmanuel Macron bir gün öncə xəbərdarlıq edib ki, Afrin regionundakı əməliyyat Suriyanın işğalına bəhanə olmamalıdır və o, Ankaranın hərəkətlərini müttəfiqləri ilə koordinasiya etməsini istəyir.

Türkiyə təxminən iki həftədir Afrindəki kürd YPG qruplaşmasını hədəfə alan “Zeytun budağı” əməliyyatına başlayıb. Ancaq bu əməliyyat Qərblə münasibətləri gərginləşdirib, özəlliklə də kürd yaraqlıları dəstəkləyən Birləşmiş Ştatlarla. ABŞ Suriyanın digər yerlərindəki kürdlərə qurudakı hərbçiləriylə dəstək göstərir.

*** Buna da bax: Erdoğan Afrin əməliyyatına etiraz edənlərin repressiyasına başlayır

“FRANSA KİMİ BİR ÖLKƏNİN...”

“Fransa kimi bir ölkənin beynəlxalq hüquqlar çərçivəsində apardığımız əməliyyatla bağlı bizə nəyisə xatırlatmasını təhqir sayırıq”, – xarici işlər naziri Mevlut Cavusoglu Ankarada jurnalistlərə deyib.

Özünümüdafiə hüququmuzdan istifadə edirik, bu, BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğundur və işğal deyil. İkiüzlü olmamalıdırlar”, – nazir söyləyib.

Fransa da ABŞ kimi Suriyada İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı vuruşan, YPG-nin rəhbərlik etdiyi yaraqlılara silah və təlimlə yardım göstərib. Bu isə Türkiyəni qəzəbləndirib. Ankara YPG-ni qadağan olunmuş PKK-nın bir qanadı sayır.

ABŞ və Avropa Birliyinin də terror təşkilatı hesab etdiyi PKK onillərdir Türkiyənin cənub-şərqində muxtariyyət uğrunda mübarizə aparır.

*** Buna da bax: Erdogan Suriya ilə sərhədi “terrorçular”dan təmizləməyə and içir

Cavusoglu Cenevrədəki Suriya sülh danışıqlarının canlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bundan ötrü Suriya hökuməti danışıqlara başlamalıdır.

Qeyd edək ki, bu həftə Rusiyanın Soçi şəhərində Moskvanın təşkilatçılığyıa danışıqlar keçirilib. Rusiyanın Milli Dialoq Qurultayı adlandırdığı danışıqlar yanvarın 30-da demokratik seçkiyə çağıran bəyanatla bitib. Ancaq müxalifətin əsas tələbləri gözardı olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG