Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:53

Erdogan Suriya ilə sərhədi “terrorçular”dan təmizləməyə and içir


Recep Tayyip Erdogan, arxiv fotosu

Türkiyə prezidenti Recep Tayyip Erdogan and içir ki, Türkiyə Suriya ilə sərhədini bütünlükdə “terrorçular”dan təmizləyəcək.

Erdogan yanvarın 28-də danışıb. Bu arada Türkiyənin Suriyanın şimalındakı Afrin regionuna hücumunun ikinci həftəsi başlanıb.

Amasya vilayətində hakim AK partiyasının qurultayında danışan Erdogan deyib ki, sərhəd yaraqlılardan təmizlənənəndən sonra Türkiyə ona sığınmış suriyalı qaçqınların ölkələrinə qayıtmasını təmin edəcək.

Bu arada yayılan məlumatlara görə, Türkiyə əsgərləri və onlarla müttəfiq suriyalı döyüşçülər strateji təpəliyi tutublar.

Kürd yaraqlıları və Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı Bursayah təpəliyi uğrunda ağır döyüşlər getdiyini bildirir. Bu ərazi kürdlərin nəzarətində olan Afrini Türkiyənin nəzarət etdiyi Azazdan ayırır.

Türkiyə ordusunun yanvarın 28-də yaydığı bəyanata görə, Türkiyə əsgərləri və müttəfiq müxalif döyüşçülər təpəliyi tutublar. Onlara hava zərbələri, döyüş vertolyotları, silahlı dronlar və qaubitsalar yardım edib.

XS
SM
MD
LG