Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:27

Erdoğan Afrin əməliyyatına etiraz edənlərin repressiyasına başlayır


Türkiyə prokurorluğu Türkiyə Tibb Birliyinin (TTB) 11 vəzifəli üzvünün həbsinə order verib.

Reuters xəbər verir ki, onların arasında TTB-nin sədri də var. Bu təşkilat Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatını kəskin pisləmişdi.

Prokurorluğun yanvarın 30-da açıqlanmış bəyanatında deyilir ki, Ankara polisi bir neçə bölgədə axtarış-həbs əməliyyatları üçün hüquqi hərəkətlərə başlayıb. İndiyədək 9 həkimin həbs olunduğu xəbər verilib.

Reuters yazır ki, Türkiyə hakimiyyət orqanları Suriyada kürd YPG birliklərinə qarşı hava və quru əməliyyatları ilə bağlı fərqli fikir ifadə edənlərin təqibinə başlayıb.

Suriyanın şimalındakı əməliyyat başlanandan bəri, son 10 gün ərzində sosial mediada bu kampaniyanı tənqid edən 300-dən çox istifadəçi saxlanıb.

TTB-nin vəkili Ziynet Özçelik deyib ki, həkimlər “terrorçu təşkilata dəstək təbliğatında və ictimaiyyəti qızışdırmaqda” ittiham edilirlər.

Ozçelik bunu da əlavə edib ki, təşkilatın tarixində ilk dəfə olaraq onun bütün direktorlar şurası həbs olunub.

TTB Suriyanın şimalındakı Afrin üzərinə hücumu tənqid edən bəyanat yaymışdı. Bəyanatda “müharibəyə yox, dərhal sülh” şüarı yazılmışdı.

Bunun ardınca prezident Recep Tayyip Erdoğan təşkilatı xəyanətdə ittiham etmişdi.

O hakim AK partiyanın yanvarın 28-də Amasyada keçirilən toplantısında demişdi: “İnanın mənə, bunlar qətiyyən ziyalı deyillər, kölə dəstəsidirlər. Bunlar imperializmin nökərləridirlər”.

Prezident etiraz edən həkimləri “qaragürüh” və “satqınlar” adlandırmışdı.

Türkiyənin səhiyyə naziri Ahmet Demircan Hürriyet qəzetinə deyib ki, həkimlər birliyinin belə siyasi bəyanatlarla çıxış etməsi düzgün deyil. O əlavə edib ki, nazirlik birlik rəhbərliyinin işdən kənarlaşdırılması üçün məhkəmə iddiası qaldırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG