Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:22

Trump ilk illik müraciətini edəcək


Donald Trump (ortada)
Donald Trump (ortada)

ABŞ prezidenti Donald Trump yanvarın 30-da Konqresdə ilk illik müraciətini edəcək. O, artıq bir ildən çoxdur vəzifədədir.

Ağ ev rəsmilərinin deməsinə görə, çıxışın mövzusu “təhlükəsiz, güclü və qürurlu Amerika yaratmaqdır”.

Trump-ın ötən il yanvarın 20-də prezident postuna keçəndən ABŞ iqtisadiyyatının göstəricilərindən – ABŞ səhm bazarlarında son rekord artımdan, işsizlik səviyyəsinin azalmasından söz açacağı gözlənir.

Respublikaçı prezidentin bu yaxınlarda qəbul olunmuş vergi qanunvericiliyini tərifləyəcəyi, ölkədə immiqrasiya siyasətinin sərtləşdirilməsi çağırışlarını vurğulayacağı bildirilir.

*** Buna da bax: Trump: “Biz Talibanla danışmaq istəmirik”

Trump yanvarın 28-də Twitter-də yazıb ki, ABŞ iqtisadiyyatı “bir çox onilliklərdə olduğundan daha yaxşıdır. Şirkətlər daha öncə heç vaxt olmamış kimi Amerikaya qayıdırlar”.

İZLƏNƏSİ MƏSƏLƏLƏR

Xarici siyasətə gəlincə, Trump-ın Trans-Sakit Okean Tərəfdaşlıq ticarət sazişi və Paris İqlim Sazişiylə bağlı atdığı addımlardan, eləcə də İraqda və Suriyada İslam Dövləti (İŞİD) yaraqlılarını məğlub etməsindən; Şimali Koreyaya nüvə silahları və ballistik raket proqramlarına görə sərt yanaşmasından; Qüdsü İsrailin paytaxtı kimi tanımasından söz açacağı bildirilir.

Təhlilçilər prezidentin Şimali Koreya, İran və Əfqanıstanla bağlı yeni nəsə açıqlayacağını, yoxsa indiyədək bəlli sərt-xəttini bir daha dilə gətirəcəyinə izləyəcəklər.

Yanvarın 29-da BMT-nin Təhlükəsizlik Şurasının təmsilçiləri ilə naharda Trump yaxın gələcəkdə Taliban silahlı qruplaşmasıyla danışıqlara getmək ehtimalını rədd edib. Son günlər Əfqanıstanda bir-birinin ardınca ölümcül hücumlar törədilib.

Trump-ın Çinlə Rusiya barədə nə deyəcəyi də maraqla izlənir, özəlliklə də Rusiya qurumlarının və fərdlərinin gələcəkdə sanksiyaya məruz qalıb-qalmayacağı.

*** Buna da bax: ABŞ 'Putin siyahısını' açıqladı

ABŞ Xəzinədarlığı yanvarın 30-da Rusiya prezidenti Vladimir Putin hökumətinə yaxın, gələcəkdə sanksiya qoyula biləcək 210 nəfərin siyahısını açıqlayıb.

Trump-ın xalqa müraciətindən sonra Nümayəndələr Palatasının üzvü Joe Kennedy demokratların ona reaksiyasını çatdıracaq.

O, keçmiş senator və ABŞ-ın baş prokuroru Robert F. Kennedy-nin nəvəsi, keçmiş konqresmen II Joseph Kennedy-nin oğludur.

Azı beş demokrat konqresmensə Trump-ın çıxışını boykot edəcəyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG