Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:15

Nazirlik dövlət qurumlarında pozuntu tapıldığını deyir


Maliyyə Nazirliyi

Bir çox dövlət qurumlarının 2017-ci ildə icra etdiyi layihələrin monitorinqi aparılıb. Monitorinqi Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti aparıb.

Nazirlik bu gün, yanvarın 26-da monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin açıqlamasına görə, monitorinq 14 rayon, şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanması, abadlıq, binaların təmiri və 1 şəhər ərazi nümayəndəliyinə dövlət büdcəsindən ayrılan vəsaitləri əhatə edib. Təhsil, səhiyyə, meliorasiya və su təsərrüfatı, statistika müəssisələri, mərkəzi icra hakimiyyəti orqanları, diplomatik nümayəndəlik kimi qurumlar da monitorinq altında olub.

Buna da bax:​ İlham Əliyev: 'Bizim heç bir maliyyə problemimiz yoxdur'

7367,9 min manat artıq ödəniş…

Məlumatda qeyd edilir ki, nəzarət tədbirləri zamanı 7367,9 min manat artıq ödəniş müəyyən edilib. Həmin vəsaitin 4673,7 min manatı yoxlamalar zamanı, 81,8 min manatı isə cari ilin əvvəlində bərpa edilib. 4 təşkilat üzrə yoxlama materialları aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.

Nazirlik yol verildiyi iddia olunan pozuntu növləri haqda da məlumat verib.

Məlumata görə, ən çox rastlanan pozuntular abadlıq və təmir işlərinin dəyərinin əsassız artırılması, dövlət satınalmalarının qanunvericiliyə uyğun reallaşdırılmaması, əməkhaqlarının əsassız artırılması hallardır.

Beynəlxalq Bank işi…

Nazirliyin açıqlamasında pozuntular aşkar edildiyi iddia edilən qurumlardan yalnız Azərbaycan Beynəlxalq Bankının (ABB) adı çəkilir.

Buna da bax:​ Dövlət gələn ildən Beynəlxalq bankın borclarını ödəməyə başlayır [video]

Məlumata görə, ABB-nin 2001-2015-ci illər üzrə fəaliyyəti də araşdırılıb. Araşdırmanın hüquqi və fiziki şəxslərə kreditlərin verilməsini, istifadəsi və qaytarılmasını əhatə etdiyi bildirilir.

Nazirlik nəzarət tədbirlərinin yekunlaşdığını və gərəkli məlumatların Daxili İşlər Nazirliyinə göndərildiyini bildirir.

Xatırlatma

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir. Verilən məlumata görə, bundan əvvəl isə ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib. C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG