Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Mühacirlərin iqtisadiyyata faydası nədir


Gürcüstanda mühacirləyə qarşı etiraz aksiyası, iyul, 2017-ci il
Gürcüstanda mühacirləyə qarşı etiraz aksiyası, iyul, 2017-ci il

İndiyədək belə bir qorxu varıydı ki, mühacirlər yerlilərin iş yerlərini oğurlayır, özləri də təhlükəsizliyə hədədirlər. Amma dünən – yanvarın 24-də açıqlanmış hesabatda deyilir ki, mühacirlər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına fayda verir və yük deyil, sərvətə çevrilə bilərlər. Bu haqda “Reuters” agentliyi yazır.

İnkişaf etməkdə olan ölkələrin çoxu mühacirlərdən faydalana bilərlər”, – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Əmək Təşkilatı (ILO) ilə birgə hesabatında belə deyilir.

ORTALAMA 7 FAİZ

Hesabata görə, dünyada mühacirlərin üçdə birindən çoxuna ev sahibliyi edən inkişaf etməkdə olan ölkələr özlərinin inkişaf planından immiqrasiyanı çıxdaş etməklə bir fürsəti qaçırmış olurlar.

*** Buna da bax: Trump bir daha “irqçi olmadığını” deyir

Dörd il ərzində aparılan bu tədqiqat zamanı 10 inkişaf etməkdə olan və orta gəlirli ölkədə mühacirlərin əmək bazarına, iqtisadi artıma, dövlət büdcəsinə töhfəsi araşdırılıb.

Mühacirlərin Ümumi Daxili Məhsula (ÜDM) töhfəsi ortalama 7 faiz olub – Qanada bu, 1 faiz Fil Dişi sahilində 19 faizdir.

Yerli sakinlər çox vaxt elə gəlir ki, mühacirlər onların işlərini əllərindən alır, aşağı maaşla işləməyə razılaşır, dövlət xidmətlərindən yararlanır, yetərincə vergi vermir, sosial birliyi və təhlükəsizliyi hədələyir. Amma mühacirlərin faydadan çox xərclərə səbəb olması fikri adekvat dəlilə əsaslanmır”, – hesabatda deyilir.

Tədqiqat Argentina, Kosta Rika, Fil Dişi Sahili, Dominikan Respublikası, Qana, Qırğızıstan, Nepal, Ruanda, Cənubi Afrika və Tailandda aparılıb.

MÜSBƏT ÖRNƏKLƏR

Mühacirlərin təkcə işçi qüvvəsi kimi deyil, vergi ödəyicisi kimi də faydalı olduğu vurğulanır. “Hətta yığdığına qənaət edərək evinə göndərənlər belə, dolayısıyla, bank sistemi vasitəsiylə qaldıqları ölkələrə sərmayəyə töhfə verirlər”, – hesabatda vurğulanır.

*** Buna da bax: Mühacirlərə ən yaxşı münasibət İsveçdədir

Onların sahibkarlar və investorlar kimi iş yerləri yaratdıqları, innovasiya və texnoloji dəyişikliyi irəli apardıqları qeyd olunur.

Bu çətin rolları ilə mühacirlər iqtisadi artıma stimul verə bilərlər”, – müəlliflər yazırlar.

Hesabatda inkişaf etməkdə olan ölkələrə tövsiyə edilir ki, immiqrasiyanı əhatələyən siyasət yürütsünlər, onların biznes yaratması, sərmayə qoymasına əngəllər qaldırılsın.

Ruanda bir örnək kimi göstərilir, bu ölkə immiqrasiyanı iqtisadi inkişaf strategiyasına salıb.

İnteqrasiya siyasəti olmayan ölkələrin isə risklərlə yaşadığı vurğulanır, 2010-2011-ci ildə Fil Dişi Sahilindəki münaqişə yada salınır.

Müsbət örnəklər kimi Tailandda tibbi sığorta sxemi, Argentinada dil kursları, Qanada mühacirlərin biznes yaratmasına kömək edən universamlar göstərilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG