Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:06

Trump bir daha “irqçi olmadığını” deyir


Donald Trump

ABŞ prezidenti Donald Trump Haiti, Əl-Salvador və Afrikada yaşayanlar barədə aşağılayıcı sözlər işlətməsi barədə iddialar çıxandan sonra bir daha “irqçi olmadığını” deyib.

Bəzi tənqidçilərin onun irqçi olması haqda ittihamlarıyla bağlı jurnalistlər yanvarın 14-də Trump-a sual veriblər, o da “xeyr, xeyr, mən irqçi deyiləm” söyləyib.

İndiyədək müsahibə aldığınız ən az irqçi adam olduğumu söyləyə bilərəm. Sizə bunu deyə bilərəm”, – prezident Floridadakı qolf klubu yaxınlığında danışıb.

ABŞ mediasının yazdığına görə, Trump yanvarın 10-da Ağ evdə altı senatorla görüşündə Afrika və Haitidən gələnləri “çirkli dəlik”lərdən mühacirlər adlandırıb.

Senatorların görüşdə Haiti, Əl-Salvador, Afrikadan mühacirlərin müdafiəsi məsələsini qaldırdığı bildirilir.

Yayılan məlumatlara görə, Trump həmin görüşdə sual edib ki, Birləşmiş Ştatlar niyə Norveçdən deyil, həmin ölkələrdən daha çox mühacir qəbul etməlidir.

Trump sonradan həmin bəyanatları vermədiyini desə də, görüşdə nədən danışdığını da açıqlamayıb.

Medianın anonim mənbəyə istinadla yaydığı məlumat Birləşmiş Ştatlarda və xaricdə sərt tənqid olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG