Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 10:20

Trump “Rusiya istintaqı” çərçivəsində ifadə verəcəyini deyir


Robert Mueller (solda) və Donald Trump-ın kombo fotosu

ABŞ prezidenti Donald Trump deyir ki, xüsusi müşavir Robert Mueller tərəfindən dindirilməyə razıdır. Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.

“Həqiqətən də bunu gözləyirəm. And içərək bunu edəcəyəm”, – Trump yanvarın 24-də Ağ evdə jurnalistlərə deyib.

ABŞ kəşfiyyat agentlikləri Rusiyanın seçkiyə respublikaçıların namizədi Trump-ın xeyrinə müdaxilə etməyə, onun demokratlardan rəqibi Hillary Clinton-u gözdən salmağa çalışması qənaətinə gəlib.

Hazırda bu məsələni Mueller-lə yanaşı, Konqresin azı üç komitəsi də araşdırır.

Kreml ittihamları rədd edir, Trump da komandasının Rusiyayla heç bir əməkdaşlığa getmədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG