Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

S.Seyidov: 'Avropa Şurası ilə əməkdaşlıq etmişik, edəcəyik'


Səməd Seyidov
Səməd Seyidov

«Avropa Şurası ilə gərginliyi biz yaratmamışıq ki, onu da aradan qaldıraq».

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həbsdə olan İlqar Məmmədovun işiylə bağlı rəsmi Bakı ilə bu qurum arasında gərginliyin aradan qaldırılmasını «Turan» agentliyinə şərh edərkən belə deyib.

S.Seyidov bildirib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bütün qərarlarına hörmətlə yanaşır. Bununla yanaşı, o, Avropa İnsan Hüquqları Məhkəməsində İ.Məmmədovun işi üzə xüsusi prosedurun başa çatmasını gözləməyin vacibliyini qeyd edib.

***Buna da bax-Vəkilinin məktubu İlqar Məmmədova yetişdi

«İlqar Məmmədovun işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində xüsusi prosedur işə salınıb. Bu məsələyə Avropa İnsan Hüquqları Məhkəməsində baxıldığına görə nə Avropa Şurası, nə AŞPA, nə də hansısa başqa tərəf bu işə müdaxilə edə bilər. Bu məsələ ilə bağlı səbirli olmaq lazımdır. Azərbaycan hər zaman Avropa Şurası ilə əməkdaşlıq edib, bundan sonra da edəcək», - S.Seyidov bildirib.

Azərbaycana qarşı mümkün sanksiyalara gəlincə, S.Seyidov qeyd edib ki, «sanksiyaları tətbiq edən tərəflər bundan daha çox əziyyət çəkir, nəinki sanksiya tətbiq edilən tərəf...».

Azərbaycan höküməti Avropa Şurasına cavab verdi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Avropa Şurasının rəsmiləri bir müddət öncə AİHM qərarlarına baxmayaraq, REAL Hərəkatının lideri İ.Məmmədovun həbsdən buraxılmadığını əsas götürərək, sərt tədbirlərin görülməsinin vacibliyindən bəhs etmişdilər. Sonra Azərbaycan rəsmiləri də öz növbələrində bu qurumdan çıxa biləcəklərini ifadə etmişdilər.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

***Buna da bax-İlqar Məmmədovun müdafiəsinə britaniyalı vəkil də qoşulub, amma...

AİHM artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiq edib. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

Nəhayət, ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovla bağlı qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Bir müddət öncə AİHM Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL liderinə məktub göndərib.

«Məktubda Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin martın 1-nə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir»,- deyə İ.Məmmədovun vəkili vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG