Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 07:13

Vəkilinin məktubu İlqar Məmmədova yetişdi


Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Həbsə aparan yol - İlqar Məmmədov

Britaniyalı vəkil Ceremi Makbraydın REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovun müdafiəsinə qoşulması rəsmiləşib. İ.Məmmədov uyğun sənədləri imzalayıb.

Bu haqda AzadlıqRadiosuna İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil bu gün, yanvarın 19-u 2 Saylı Cəzaçəkmə Müəssisəsində İ.Məmmədovla görüşüb.

Vəkil xatırladıb ki, hələ ötən həftə britanıyalı vəkilin müdafiə prosesinə qoşulmasından ötrü zəruri olan sənədləri ekspress-poçtla cəzaçəkmə müəssisəsinə göndərib:

«Söhbət İ.Məmmədovun Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən iki şikayəti ilə bağlı britaniyalı vəkil üçün vəkalətnamədən və müvafiq saziş layihəsindən gedir. Konfidensial məzmun daşıyan, senzuraya məruz qalmamalı olan həmin sənədlər nəhayət, İlqar Məmmədova verilib. O, həmin sənədləri imzalayıb».

F.Ağayevin bildirdiyinə görə, İ.Məmmədovun müdafiəsinə qoşulan vəkil С.Makbrayd kifayət qədər təcrübəli hüquqçudur.

«Böyük təcrübəyə malikdir»

««Interights» təşkilatından olan Ceremi Makbrayd insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq qurumlarda böyük təcrübəyə malikdir. Bir sıra işlər aparır, o cümlədən, Ukraynanın Rusiyaya qarşı müraciətlərində iştirak edir. Biz onunla əlaqədəyik. İ.Məmmədovun birinci işi - Nazirlər Komitəsinin AİHM-ə göndərdiyi sorğu üzrə, eləcə də onun digər işi ilə bağlı Böyük Palataya müraciət məsələsində əməkdaşlıq edəcəyik», -F.Ağayev bildirib.

Vəkil həmçinin, İ.Məmmədovun durumu ilə bağlı hər hansı dəyişikliyin olmadığını deyib.

Avropadan gələn məktublar İlqar Məmmədova yetişmədi
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

F.Ağayev bundan 3 gün öncə, yanvarın 16-da da bildirmişdi ki, REAL Hərəkatının lideri İ.Məmmədovun müdafiəsinə britaniyalı vəkil qoşulub. Amma onun deməsinə görə, bununla bağlı sənədlərin 2 Saylı Cəzaçəkmə Müəssisəsində İ.Məmmədova çatdırılmasına əngəl var.

F.Ağayevin sözlərinə görə, cəzaçəkmə müəssisəsində məktubu alan kimi açıblar. Üstəlik, onun deməsinə görə, yanvarın 16-da məlum olmuşdu ki, İ.Məmmədova ümumiyyətlə, həmin sənədlər verilməyib.

Vəkilin məktubun açılması və onun sahibinə gec çatdırılması ilə bağlı dediklərinə 2 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və başqa rəsmi qurumlardan hələlik münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiq edib. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

Nəhayət, ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovla bağlı qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Bir müddət öncə AİHM Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL liderinə məktub göndərib.

«Məktubda Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin martın 1-nə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir»,- deyə vəkil vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG