Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 17:06

İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşüb


İlham Əliyev və Giorgi Kvirikaşvili (arxiv fotosu)

Yanvarın 23-də Azərbaycan prezidenti İlham Əliyev Davosda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

AzərTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışılıb.

Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Buna da bax: Prezident İ. Əliyev Davosda görüşlər keçirir

Prezidenti İ.Əliyev dünən, yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etməkdən ötrü İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

O, buna qədər Davosda «CISCO», «MasterCard», «BlackRock», «Royal Philiips», «Lukoil» şirkətlərinin rəhbərləri və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə də görüşüb.

Xatırlatma

Bu gün, yanvarın 23-də İsveçrənin Davos şəhərində sayca 48-ci Dünya İqtisadi Forumu başlayıb

Forum bu il ən önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr olunub.

Forumun yanvarın 26-da yekunlaşacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG