Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 17:36

Prezident İ. Əliyev Davosda görüşlər keçirir


İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi Lourens Fink ilə görüşüb. 22yan2018

Bu gün, yanvarın 22-də İsveçrədə səfərdə olan dövlət başçısı İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.

Prezidenti İlham Əliyev elə bu gün, yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etməkdən ötrü İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

AzərTAC-ın xəbərinə görə, görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin vurğulanıb ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, ölkəyə turist axının getdikcə artır.

Buna da bax:​ İlham Əliyev: 'Bizim heç bir maliyyə problemimiz yoxdur'

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə də məlumat verib.

Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Yanvarın 22-də Davosda Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə də görüşüb.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. O, Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt azad ticarət zonası layihələrindən də danışıb.

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

Prezidenti İlham Əliyev həmçinin, Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə də görüşüb.

Verilən məlumata görə, görüşdə bu şirkətlə Azərbaycanın əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Xatırlatma

Yanvarın 23-də İsveçrənin Davos şəhərində sayca 48-ci Dünya İqtisadi Forumu başlayır.

Forum bu il ən önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr olunub.

Proqrama əsasən, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də "Strateji baxış - Avrasiya" (Strategic Outlook – Eurasia) paneli çərçivəsində çıxış edəcək.

Forumun yanvarın 26-da yekunlaşacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG