Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 23:43

Ahn olimpiya oyunlarına buraxılmır


Viktor Ahn

Sürətli konkisürmə üzrə altı dəfə olimpiya qızıl medalçısı Viktor Ahn doğulduğu Cənubi Koreyada keçiriləcək Qış Olimpiya oyunlarına buraxılmır. Bunu Rusiyanın Olimpiya Komitəsi bildirib. Qurum yanvarın 23-də bildirib ki, Ahn, eləcə də digər dünya çempionları – Sergei Ustyugov və Anton Shipulin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yarışmaya buraxdığı rusiyalı atletlərin siyahısında yoxdur.

BOK dekabrda Rusiyanı 9-25 fevral tarixlərində Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək olimpiya oyunlarına buraxmamaqla bağlı qərar çıxarıb, buna olimpiya antidopinq sistemindən “misli görünməmiş” manipulyasiyanı əsas gətirib. Amma bəzi atletlərin yarışmaya buraxılacağı qeyd olunurdu.

BOK yanvarın 19-da bildirib ki, olimpiadaya buraxılan rusiyalı atletlərin sayını 500-dən 389-a salıb.

Rusiya rəsmiləri atletlərin dopinq qəbuluna dövlət himayəsi barədə deyilənləri rədd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG