Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 20:31

Ötən il 50-dən çox BMT sülhməramlısı öldürülüb


Bosniya-Herseqovinada BMT sülhməramlıları

2017-ci ildə azı 56 BMT sülhməramlısı öldürülüb. Bu, 1994-cü ildən bəri ən böyük rəqəmdir.

BMT-nin yanvarın 22-də açıqladığı hesabatda bildirilir ki, 2013-cü ildən bəri 15 sülhyaratma missiyasında 135 BMT əsgəri, polisi və mülki əməkdaşı öldürülüb ki, bu da “beşillik bir dövr üçün ən böyük itki sayılır”.

Ən çox itki Mali, Cənubi Sudan və Mərkəzi Afrika Respublikasında baş verib.

Hesabata görə, itki sayında artım BMT bayrağının daha “təbii qoruma” təmin etməməsiylə bağlıdır.

Hesabatda BMT rəhbərliyi və quruma üzv ölkələr də tənqid olunur, bir çox rəsmilərin hələ də gücdən istifadəyə könülsüz yanaşdığı bildirilir.

“Hərbçilər və rəhbərlik tədbir görəndə itki də nadir hallarda baş verir. BMT daha çox fəaliyyətsizliyinə görə hücuma məruz qalır”, – hesabatda vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG