Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:20

İordaniya kralı Abdulla ABŞ-ın vitse-prezidenti Mike Pence-ni qəbul edib


Mike Pence və Kral Abdullah

İordaniya kralı Abdulla ABŞ prezidenti Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından narazılıq bildirib.

O, yanvarın 21-də Ammanda ABŞ-ın vitse-prezidenti Mike Pence ilə görüşdə deyib ki, İsrail-Fələstin münaqişəsi yalnız çoxtərəfli razılıq əsasında həll oluna bilər.

Kraı qeyd edib ki, Şərqi Qüds gələcək Fələstin dövlətinin paytaxtı olmalıdır və Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün sülhün açarıdır.

Kral Abdulla yada salıb ki, Qüds məsələsi iki yanaşı dövlət prinsipi ilə bağlı 1976-ci il iyunun 4-də qəbul edilmiş qərar əsasında həll olunmalıdır.

Pence isə deyib ki, əgər hər iki tərəf yanaşı iki dövlət məsələsində razılığa gəlsələr ABŞ bunu dəstəkləyəcək.

O, həmçinin ölkəsinin İsrail-Fələstin sülh prosesinin bərpasında sadiq olduğunu deyib.

Pence-nin İordaniyaya səfəri zamanı terrorçuluqla birgə mübarizə, “İslam Dövləti” ilə savaşda irəliləyiş və ABŞ-ın Suriyada iştirakı məsələləri müzakirə edilib.

Pence regiona səfəri çərçivəsində bundan əvvəl Misirdə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG