Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 06:52

Bakıda yaşayış binasında yanğın [yenilənib]


Arxiv fotosu

Bu gün, yanvarın 20-də, səhər saatlarında Bakıda yaşayış binasında yanğın başlayıb.

APA-nın xəbərinə görə, hadisə Səbail rayonunda, Neftçilər prospektinin "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısının alınmasından ötrü tədbirlər görülür. Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub. Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır. Sakinlər binadan təxliyə olunub.

Buna da bax: 20 Yanvar faciəsindən 28 il ötür [yenilənib]

* * *

Yanğının genişlənməsinin qarşısı alınıb

Bakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğının məhdudlaşdırıldığı bildirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb:

“Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək”, – məlumatda vurğulanır.

* * *

Yanğının söndürülüb

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın xəbərinə görə, bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, Füzuli Əsədov bildirib.

F. Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv/metr dam örtüyü yanıb.

Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08:29-da daxil olub.

Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG