Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Türkiyə Suriyaya hərbi müdaxilə planladığını deyir


Mevlut Cavusoglu, arxiv fotosu
Mevlut Cavusoglu, arxiv fotosu

Türkiyə deyir ki, Suriyada kürdlərin nəzarətində olan Afrin və Münbiç regionlarına hərbi müdaxilə planlaşdırır və bu, ABŞ-ın dəstəklədiyi kürd yaraqlılarının yaratdığı “təhlükə”yə cavab olar gerçəkləşdiriləcək.

Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu yanvarın 18-də söyləyib ki, Ankara ölkənin cənub sərhədi boyunca kürd qüvvələrinə dəstəyi üzündən Birləşmiş Ştatlara “inamsız” yanaşmaqdadır.

HAZIRLIQ BAŞLANIB

Cavusoglu-nun sözlərinə görə, Rusiya Suriyanın Afrin regionunda əməliyyatlara qarşı çıxmamalıdır və Ankara həmin regionda hava əməliyyatlarıyla bağlı Moskva və Tehranla koordinasiya işi aparacaq.

*** Buna da bax: İran da Suriyada sərhəd qüvvəsinin yaradılmasına qarşıdır

Bu bəyanatdan bir gün öncə ABŞ-ın dövlət katibi Rex Tillerson türkiyəli həmkarıyla görüşdüyünü, Birləşmiş Ştatların Suriyadakı kürd döyüşçülərə dəstəyi məsələsini aydınlaşdırdığını söyləyib.

Türkiyənin Anadolu dövlət xəbər agentliyi yanvarın 18-də yazıb ki, ölkənin təhlükəsizlik qüvvələrinə Afrin və Münbiçə müdaxiləyə hazırlaşmaq əmri verilib.

Məlumata görə, yanvarın 18-də Türkiyə sərhədə, Aralıq dənizinin şərq sahilindəki Hatay vilayətinə hərbi qüvvələri, tankları yığır, bu, “sərhəd təhlükəsizliyinə yaranmış hədəyə cavab olaraq edilir”.

Anadolu onu da xəbər verib ki, yanvarın 17-də axşam prezident Recep Tayyip Erdogan-ın başçılığıyla Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib və qərar verilib ki, Türkiyə Suriyanın qərbindən gələn hədələrdən qorunmaqdan ötrü “dərhal və qətiyyətli” addım atmalıdır.

“DURUM YANLIŞ TƏSVİR OLUNUB”

Erdogan yanvarın 15-də Birləşmiş Ştatların Türkiyə-Suriya sərhədində yaratmaq istədiyi qüvvələri, özünün dediyi kimi, “terror ordusu”nu dağıtmaqla hədələyib.

Ankara Vaşinqtonun Suriyada İslam Dövləti (İŞİD) yaraqlıları ilə savaşan Kürd Xalq Mühafizə Birliyi (YPG) ilə müttəfiqliyindən narazıdır və YPG-ni terror təşkilatı sayır.

*** Buna da bax: Erdogan: Afrindəki əməliyyata üsyançılar da qatılacaq

Suriyadakı ABŞ koalisiyası yanvarın 14-də bildirib ki, Vaşinqton Suriyada 30 minlik sərhəd qüvvəsinin yaradılmasına kömək edəcək və bu qüvvələrə YPG də daxil olacaq.

Tillerson-un deməsinə görə, yanvarın 17-də Cavusoglu-na deyib ki, “durum bütünlükdə yanlış təsvir olunub”, “yanlış danışan bəzi adamlar yanlış təsvir edib”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Suriyada yerli elementlərə təlim keçməyi planlaşdırır – yeni sərhəd qüvvəsi yaratmağı deyil.

Amma Cavusoglu yanvarın 18-də qeyd edib ki, Ankara Tillerson-un izahından “tam razı qalmayıb” və Türkiyənin Vaşinqtona “inamsızlığ”ı qalmaqdadır.

Cavusoglu vurğulayıb ki, Ankara Birləşmiş Ştatlardan “terrorçu qruplar”la əməkdaşlığı bitirmək yönündə “konkret addımlar” gözləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG