Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:38

İran da Suriyada sərhəd qüvvəsinin yaradılmasına qarşıdır


SDF-in qadın döyüşçüləri
SDF-in qadın döyüşçüləri

İran prezidenti Hassan Rohani Rusiya, Suriya və Türkiyəyə qoşularaq Suriyanın daxilində 30 minlik sərhəd qüvvəsinin yaradılmasına etiraz edib. Birləşmiş Ştatlar bu qüvvənin İslam Dövləti (İŞİD) qruplaşması ekstremistlərinə qarşı yaradıldığını bildirir.

Amerikalıların Suriya üçün yeni planı beynəlxalq qanunların pozulması, Suriya və regionun suverenliyi və təhlükəsizliyinə qəsddir”, – Rohani yanvarın 16-da deyib. İranın dövlət mediasının məlumatına görə, o, Tehranda Suriyanın parlament spikeriylə görüşdə danışıb.

Suriyada İŞİD-lə savaşan ABŞ koalisiyası yanvarın 14-də bildirib ki, yeni sərhəd qvardiyası Suriya Demokratik qüvvələrinin döyüşçülərindən ibarət olacaq. Bu döyüşçülər əsasən kürdlərdir. Sərhəd qüvvəsinin Türkiyə və İraqla sərhədə nəzarət edəcəyi bildirilir. Ötən il İŞİD Suriyanın bir çox hissəsindən çıxarılıb.

*** Buna da bax: Erdogan: Afrindəki əməliyyata üsyançılar da qatılacaq

“SURİYANI PARÇALAMAQ NİYYƏTİ”

Türkiyə, Rusiya və Suriya bu plana qarşı çıxıb. Türkiyə prezidenti Recep Tayyip Erdogan bildirir ki, kürdlərin rəhbərlik edəcəyi sərhəd qüvvəsini məhv etməkdən ötrü hərbi əməliyyat hazırlayır.

Erdogan Suriyadakı YPG kürd qruplaşmasını terror təşkilatı sayır, onların on illərdir Türkiyədə hökumətlə savaşan silahlı kürd separatçılarla bağlı olduğunu bildirir.

Suriya prezidenti Bashar al-Assad da yeni sərhəd qüvvəsini əzməyə, ABŞ əsgərlərini Suriyadan çıxarmağa and içib. Rusiyanın ittihamına görə, bu plan Birləşmiş Ştatların Suriyanı parçalamaq niyyətini göstərir, kürdlərə Suriya ərazisinin 25 faizi üzərində nəzarəti möhkəmləndirməsinə kömək edir.

İran Suriyada yeddi ildir gedən vətəndaş müharibəsində Assad hökumətini dəstəkləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi yanvarın 16-da deyib ki, ABŞ-ın dəstəklədiyi sərhəd qüvvəsi “müharibəni alovlandırır” və gərginliyi qızışdırır.

*** Buna da bax: Rusiya və Türkiyə ABŞ-ın Suriyada 30 minlik qüvvə yaratmaq planını tənqid edir

ABŞ-ın Suriyada yeni sərhəd qüvvəsi yaradılacağını elan etməsi bu ölkənin daxili işlərinə açıq-aşkar müdaxilədir”, – Qasemi IRNA dövlət xəbər agentliyinə deyib və ABŞ-ın bütün qüvvələrini Suriyadan dərhal çıxarmağa çağırıb.

İŞİD-in regiondan əsasən çıxarılmasına baxmayaraq, ABŞ-ın müdafiə naziri Jim Mattis deyib ki, Suriyadakı ABŞ qüvvələrini saxlayaq, SDF döyüşçülərinə İŞİD-in regiona qayıtmasının əngəllənməsində yardım edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG