Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 22:11

Erdogan: Afrindəki əməliyyata üsyançılar da qatılacaq


Recep Tayyip Erdogan parlamentdə çıxış edir
Recep Tayyip Erdogan parlamentdə çıxış edir

Suriyanın Afrin regionunda kürd yaraqlılarına qarşı Türkiyənin planlaşdırdığı hərbi əməliyyatı üsyançı döyüşçülər də dəstəkləyəcək. Bunu Türkiyə prezidenti Recep Tayyip Erdogan yanvarın 16-da deyib.

Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya 30 minlik sərhəd qüvvəsinin yaradılmasıyla bağlı Suriya Demokratik Qüvvələri (SDF) ilə işlədiyini bildirib. SDF-də üstünlüyü kürdlərin YPG qruplaşması təşkil edir.

“BU SAVAŞ ONLAR ÜÇÜN APARILIR”

ABŞ-ın açıqladığı plan Türkiyəni qəzəbləndirib. Bu bəyanatdan sonra Erdogan Afrinə dərhal müdaxilə etməklə hədələyib.

Ankara YPG-ni Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlı qruplaşmasının davamı sayır. PKK 1984-cü ildən Türkiyənin cənub-şərq hissəsində muxtariyyət uğrunda savaşır. PKK-nı Avropa Birliyi, Türkiyə və Birləşmiş Ştatlar terrorçu qrup kimi tanıyır.

*** Buna da bax: Rusiya və Türkiyə ABŞ-ın Suriyada 30 minlik qüvvə yaratmaq planını tənqid edir

Jurnalistlər parlamentdə Erdogan-dan soruşublar ki, əməliyyata suriyalı üsyançılar qatılacaqmı. “Əlbəttə, qatılacaqlar, birlikdə hərəkət edəcəyik. Bu mübarizə onlar üçün aparılır, bizdən ötrü deyil”, – prezident deyib.

Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi, general Hulusi Akar isə deyir ki, Türkiyə YPG-nin dəstək almasına imkan verməyəcək və NATO terrorçu qruplaşmalar arasında fərq qoymamalıdır. Anadolu dövlət xəbər agentliyinin yazdığına görə, general Brüsseldə NATO hərbi təmsilçilərinin görüşündə danışıb.

Biz YPG terror qrupunun əməliyyat tərəfdaşı adı altında dəstəklənməsinə və silahlanmasına imkan verə bilmərik. Ümid edirik, bu səhv qısa müddətdə aradan qaldırılacaq”, – Akar vurğulayıb.

XS
SM
MD
LG