Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 05:10

“İlkin məlumatlara görə 2017-ci ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70135,1 milyon manata çatıb”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.

Məlumatda vurğulanır ki, ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilib.

“Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 5,0 faiz azalıb. Qeyri-neft sektorunda isə 2,7 faiz, o cümlədən nəqliyyat, anbar təsərrüfatı sahələrində 8,5 faiz, informasiya, rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi, ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq sahələrində 4,2 faiz və digər xidmət sahələrində 1,5 faiz artıb. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu sahədə yaradılan əlavə dəyər isə 3,8 faiz çoxalıb”, – məlumatda vurğulanır.

Buna da bax: ÜDM azalıb

DSK bildirir ki, ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 9,5 faizi tikintinin, 6,8 faizi nəqliyyat, anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşür.

“2,3 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə, 1,6 faizi informasiya , rabitə sahələrinin, 16,4 faizi isə digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib”.

Əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manata bərabər olub”, – məlumatda qeyd edilir.

Müstəqil ekspertlər DSK-nin bu məlumatına şübhə ilə yanaşırlar. DSK son aylara qədər ÜDM-də azalma olduğunu bildirirdi.

Rəsmi məlumata görə, ötən il isə Azərbaycanda ÜDM-də 3,8 faizi azalma olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG