Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:57

Puigdemont-a təklif: Skype-la idarə elə


Carles Puigdemont, arxiv fotosu
Carles Puigdemont, arxiv fotosu

Yanvarın 17-də Kataloniya parlamenti ilk iclasa yığışıb. Bu, yeni hökumətin formalaşdırılması yönündə ilk addımdır. İndi əsas sual budur ki, keçmiş lider Carles Puigdemont prezident vəzifəsinə qayıda biləcəkmi, bu regionun İspaniyadan ayrılması yönündə işini davam etdirəcəkmi.

MÜSTƏQİLLİK TƏRƏFDARI SPİKER SEÇİLİB

“Reuters” agentliyinin yazdığına görə, tərəfdarları Puigdemont-a təklif ediblər ki, bu zəngin regionu könüllü mühacirətdə yaşadığı Brüsseldən videoəlaqəylə idarə eləsin. Ona oktyabrda separatçılıq və vətənə xəyanət ittihamı irəli sürüləndən sonra Belçikaya qaçıb.

*** Buna da bax: Kraldan katalonlara çağırış

Kataloniya birtərəfli qaydada müstəqillik elan edincə İspaniya hökuməti region üzərində birbaşa idarəçilik tətbiq elədi. Qeyd edək ki, bu regionun iqtisadiyyatı Portuqaliyadan böyükdür.

Dekabrda keçirilən seçkidə separatçı parlamentdə cüzi fərqlə önə çıxdılar.

Çərşənbə günü Kataloniyada deputatlar müstəqillik tərəfdarı olan siyasətçi Roger Torrent-i spiker seçiblər.

Amma bir məsələ də var ki, regionun separatçı hərəkatı zəifləyib. Belə ki, Puigdemont daxil parlamentin beş üzvü Brüsseldədir, üçü isə oktyabrdakı qanunsuz referendumda roluna görə həbsdədir.

Bir gün öncə müstəqillik tərəfdarı olan iki böyük partiya Puigdemont-un prezidentliyə namizədliyini dəstəklədiyini bildirib. Yeni liderin seçilməsiylə bağlı ilk səsvermə yanvarın 31-də olacaq.

HAKİMİYYƏTƏ QAYITSA, MƏHKƏMƏLİKDİ

İspaniyanın baş naziri Mariano Rajoy Puigdemont-un Skype vasitəsiylə idarə etmək variantını çıxdaş edib. Elə Kataloniya parlamentinin hüquq ekspertləri də prezidentin cismən parlamentdə olmasının vacibliyini vurğulayıblar. Son qərarı bu gün formalaşacaq parlament komitəsi verəcək. Rajoy deyib ki, Puigdemont-a hakimiyyətə qayıtmağa icazə verəcək hər hansı addımı məhkəmələrdə mübahisələndirəcək.

*** Buna da bax: Kataloniyanın separatçı liderini nə gözləyir

Çərşənbə günü müstəqillik tərəfdarları parlamentin qarşısına Kataloniyanın bayraqlarıyla çıxıblar.

Bilirəm ki, İspaniya hökumətiylə xeyli problemlərimiz olacaq, amma bunu edəcəyik. Carles Puigdemont yanvarın 31-də təyin olunacaq”, – nümayişə çıxmış Dolors Esplugas deyib.

Regionun gələcəyi sarıdan qeyri-müəyyənlik minlərlə şirkətin baş ofislərini İspaniyanın başqa yerlərinə köçürməsiylə sonuclanıb.

Müstəqillik məsələsi Madridlə Barselona arasında gərginliyi artırıb, region əhalisini ikiyə bölüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG