Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:36

Kataloniyanın separatçı liderini nə gözləyir


Carles Puigdemont
Carles Puigdemont

İspaniyanın Kataloniya regionunda seçkilərdə separatçı partiyalar üstünlük qazanıb. İlk baxışda, regionun mühacirətdə yaşayan separatçı lideri Carles Puigdemont-un yenidən hakimiyyətə qayıtması asan görünə bilər. Ancaq “Reuters” agentliyi bunun heç də asan olmayacağını yazır.

70-DƏN 7-Sİ

Oktyabrın 1-də qanunsuz müstəqillik referendumunun təşkilində və Kataloniyanın İspaniyadan ayrılmasındakı roluna görə Puigdemont barəsində həbs qərarı çıxarılıb. Hazırda Brüsseldədir, ancaq İspaniyaya ayağını basan kimi həbs oluna bilər.

Parlamentə seçilmiş 70 separatçıdan yeddisi separatçılıq və qiyam ittihamlarıyla ya həbsdədir, ya da mühacirətdə. Yəni onlar ölkəyə qayıtmayınca, yaxud həbsdən buraxılmayınca, təbii ki, parlamentdə səsvermə hüququ qazana bilməyəcək, beləliklə, işlək çoxluq da yaranmayacaq.

*** Buna da bax: Kataloniyada separatçılar qalib gəlib

Bu şəxslər bir şərtlə həbsdən buraxıla, ya da haqlarında həbs orderi ləğv oluna bilər ki, birtərəfli müstəqilliyə çalışmayacaqlarına and içsinlər. Bu halda da Kataloniyanın müstəqillik tərəfdarı olan əsas CUP partiyası Puigdemont hökumətini dəstəkləməz.

Başqa bir variant həmin liderlərin parlamentdəki yerlərini siyahıda özlərindən sonra gələn namizədlərə verməsidir.

Puigdemont Kataloniyanın növbəti prezidenti olacağına da tam bel bağlaya bilməz. Çünki digər iki separatçı partiya – CUP və ERC buna elə də meyl göstərməyib. Bu partiyalar Puigdemont-kundan daha az səs toplayıb.

SEÇKİDƏN SONRA NƏ GÖZLƏNİR?

Hökumətin formalaşdırılması üzrə danışıqların bayramdan sonra – yanvarın 6-da başlanacağı gözlənir.

Elə həmin tarixədək ölkənin mühafizəkar baş naziri Mariano Rajoy regional parlamentin ilkin olaraq nə vaxt toplanacağını açıqlamalıdır. Bu proses yanvarın 23-dən gec olmayaraq başlamalıdır.

Daha sonra, yəni, fevralın 8-dək parlament yeni hökumətin tərkibini formalaşdırmalıdır. O vaxtadək Puigdemont da mövqeyini açıqlayar – özünü Kataloniya prezidenti kimi görürmü, ya yox.

*** Buna da bax: Avropanın separatçı bölgələri – kimlər müstəqillik istəyir

135 yerlik parlamentdə heç bir lider mütləq çoxluğu əldə edə bilməsə, onda ikinci səsvermə olmalıdır, bu zaman liderə yalnız parlamentdə sadə səs çoxluğu kifayət edir.

Bu da alınmasa, daha iki ay ərzində danışıqlar keçirilir. Yenə olmasa, parlament buraxılır və yeni seçki elan olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG