Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:22

İspaniya kralı VI Felipe Milad bayramı müraciətində Kataloniyanın yeni seçilmiş parlamentini çağırıb ki, Madriddən ayrılmaqla bağlı gələcək addımları rədd etsin.

“İrəliyə addımlar bir daha qarşıdurmaya aparmamalıdır, çünki bilirik ki, bu, yalnız narazılıq, qeyri-müəyyənlik, qəzəb yaradar”, – Felipe dekabrın 24-də televiziyayla çıxışında deyib.

“Kataloniyada bu yol bir daha qarşıdurmaya, yaxud uğursuzluğa aparmamalıdır”, – 49 yaşlı kral xəbərdarlıq edib.

Dörd gün öncə Kataloniyada keçirilmiş seçkidə separatçı partiyalar cüzi səs fərqiylə önə çıxıblar.

Kataloniya muxtar regionun müstəqil respublikaya çevrilməsini elan edəndən sonra İspaniya baş naziri Mariano Rajoy region parlamentini buraxıb.

O zaman kral Kataloniya hökumətini sərt tənqid etmiş, onu xain adlandırmışdı.

Kataloniyanın separatçı lideri Carles Puigdemont dekabrın 23-də İspaniya hökumətini çağırıb ki, onun ölkəyə qayıtmasına icazə versin, parlamentin açılış mərasiminə qatıla, region prezidentlini yenidən ələ ala bilsin.

Oktyabradək Kataoniyanın lideri olmuş Puigdemont-u İspaniyada həbs gözləyir, o, regionun müstəqilliyinin elanıyla nəticələnmiş referendumun təşkilindəki roluna görə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG