Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:21

Trump demensiya testindən yaxşı çıxıb


Donald Trump

ABŞ prezidenti Donald Trump ötən həftə keçirilmiş demensiya testindən “əla” keçib, həkimi bunu yanvarın 16-da açıqlayıb. Prezidentin zehni sağlığını yoxlamaqdan ötrü testin keçirilməsini Ağ ev xahiş etmişdi.

Trump-ın prezident kimi ilk müayinəsini donanma həkimi Ronny Jackson aparıb. Onun sözlərinə görə, prezident yaddaş itkisinin ilkin əlamətlərini aşkarlayan testdən yaxşı çıxıb.

71 yaşlı Trump-ın çəkisi çoxdur, yağlı yeməklə azaltmalı və daha çox idman etməlidir, amma “ümumilikdə prezidentin səhhəti əladır”, – deyən Jackson Trump-ın dörd illik prezidentliyi müddətində sağlam qalacağını proqnozlaşdırır.

“Bu, genetika adlanır. Onun çox yaxşı genləri var və onu Allah belə yaradıb”, – Jackson deyib.

Prezidentlər adətən, tibbi müayinə zamanı idrak testindən keçmirlər. Amma Jackson-un deməsinə görə, Trump şəxsə özü ondan bu testi keçirməsini xahiş edib, çünki tənqidçiləri onun vəzifəsinə zehni baxımdan uyğun gəlməsinə dair suallar qaldırırlar.

Bu ay Trump barədə yeni kitabın dərcindən sonra belə suallar çoxalıb. Kitabda onun dəyişkən, uşaq xarakterli olduğu, informasiyanı çətinliklə emal etdiyi, köhnə dostlarını gec tanıdığı iddia olunur.

“O, çox iti düşünür. Mənimlə çox aydın danışır”, – Jackson deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG