Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 13:53

BMT diplomatları Əfqanıstan liderləriylə görüşüb


Kabildə keçirilən görüşdən foto

Əfqanıstan prezidenti Ashraf Ghani BMT Təhlükəsizlik Şurasının yüksəkçinli nümayəndə heyətiylə görüşüb. ABŞ-ın BMT-dəki səfiri Nikki Haley də nümayəndə heyətində olub.

Əfqanıstan hökumətinin yanvarın 15-də yaydığı məlumata görə, Ghani və hökumət başçısı Abdullah Abdullah BMT diplomatlarıyla ölkədəki təhlükəsizlik durumunu, onu irəli aparmağın yollarını müzakirə ediblər.

Məlumata görə, Ghani BMT təmsilçilərini qonşu Pakistana təzyiq göstərməyə çağırıb. Kabil İslamabadı taliban yaraqlılarına və Haqqani silahlı şəbəkəsinin üzvlərinə sığınacaq verməkdə suçlayır.

ABŞ prezidenti Donald Trump da Pakistanla bağlı mövqeyini sərtləşdirib. Amma İslamabad cavabında ABŞ-ı Əfqanıstanda 16 ildən çox bir müddətdə sülh yarada bilmədiyinə görə günah keçisi seçməkdə suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG