Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:55

Jurnalistin həbsinə reaksiyalar: Ucadan danışmağın bədəli...


Gürcüstanda Əfqan Muxtarlıya dəstək aksiyasında qaldırılım plakat, arxiv fotosu
Gürcüstanda Əfqan Muxtarlıya dəstək aksiyasında qaldırılım plakat, arxiv fotosu

Jurnalist Əfqan Muxtarlının 6 illik həbsə məhkum edilməsini İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (International Partnership for Human Rights -IPHR) da pisləyir.

Görünür, Azərbaycan hakimiyyətinin narazıları əzməkdən ötrü atmağa hazır olduğu addımların hüdudu yoxdur. İndi Əfqan da yalnız danışmağa cəsarət etdiyinə görə həbs cəzası çəkən onlarla jurnalistin, bloqqerin, insan haqları müdafiəçisinin sırasına qoşulub”, – qurumun direktoru Brigitte Dufour deyib.

Tərəfdaşlığın yaydığı açıqlamada jurnalistin Azərbaycan Müdafiə Nazirliyi, eləcə də Milli Təhlükəsizlik Nazirliyi barədə yazdığı məqalələrə toxunulur. Qeyd olunur ki, Gürcüstanda oğurlanmamışdan Əfqan prezident İlham Əliyevin ailəsinin maliyyə investisiyaları barədə məqalə üzərində işləyirmiş.

İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq Əfqan Muxtarlının ədalətsiz yerə məhkum edilməsindən dəhşətə gəlib və hakimiyyəti onu, eləcə də siyasi motivlərlə həbs cəzası çəkən digər jurnalistləri və insan haqları müdafiəçilərini dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırq”, – bəyanatda deyilir.

Qeyd edək ki, hakimiyyət ölkədə heç kəsin siyasi motivlərlə cəza çəkmədiyini, fərdlərin konkret ittihamlarla həbsə məhkum edildiyini bildirir.

*** Buna da bax: Əfqan Muxtarlının həbsinə reaksiyalar

***

Avropa Birliyi jurnalist Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməsini pisləyib. Qurum yanvarın 14-də verdiyi açıqlamada bildirib ki, bu hökm ölkədə fundamental insan haqlarıyla bağlı “ciddi suallar” yaradır.

Balakən Rayon Məhkəməsi yanvarın 12-də Muxtarlını qaçaqmalçılıq və digər ittihamlarda təqsirli bilib, amma insan haqları qrupları bu ittihamları siyasi motivli adlandırıb. Jurnalistin məhkum edilməsi ölkədə narazıların susdurulması, hakimiyyətlə bağlı suallar verən, yaxud korrupsiyanı ifşa edənləri cəzalandırmaq niyyəti güddüyü bildirilir.

*** Buna da bax: Əli Həsənov: “Avropa ölkələrində jurnalistlər həbs olunur...”

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocinjancic yanvarın 14-də bildirib ki, Muxtarlıya qarşı çıxarılmış hökm “Azərbaycanda ifadə, media azadlığı kimi fundamental hüquqlar, eləcə də hüquqi prosedurlarla bağlı ciddi suallar yaradır”.

Kocinjancic əlavə edib ki, Muxtarlının Gürcüstanda oğurlanandan sonra Azərbaycanda həbsi və mühakimə olunması “hərtərəfli və şəffaf araşdırma tələb edir”.

Fundamental hüquqlarla bağlı bütün azadlıqdan məhrumetmə halları Azərbaycanda təcili nəzərdə keçirilməlidir, bundan sonra ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq, hüquqları pozulanların hamısı azadlığa buraxılmalıdır”, – bəyanatda deyilir.

Daha öncə ABŞ Dövlət Departamenti də Birləşmiş Ştatların Muxtarlının “siyasi hesab olunan” pozuntulara görə məhkum edilməsindən “narahatlığını” bildirmişdi.

*** Buna da bax: ABŞ jurnalist Əfqan Muxtarlının həbsindən narahatlıq bildirib

Xatırlatma

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG