Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 01:25

Hizballah-a narkotik qaçaqçılığı iddiaları araşdırılacaq


Hizballah-ın liderləri Talal Hamiyah və Fu’ad Shukr-un saxlanması üçün pul mükafatları qoyulub

ABŞ Ədliyyə Departamenti Hizballah silahlı qruplaşmasının narkotik qaçaqçılığı etməsinə dair iddiaları araşdıracaq yeni qrup yaradır. İranın dəstəklədiyi, Livanda mənzillənən bu şiə qruplaşmasını ABŞ terror təşkilatı kimi tanıyır.

Açıqlamanı yanvarın 11-də baş prokuror Jeff Sessions verib.

Sessions deyib ki, Ədliyyə Departamenti araşdırmaya aparıcı müstəntiqləri və prokurorları cəlb edəcək.

“Ədliyyə Departamenti ölkəmizin vətəndaşlarına terror təşkilatlarından gələn bütün təhdidləri aradan qaldırmaqdan ötrü hərtərəfli araşdırma aparacaq”, – baş prokuror söyləyib.

Yanvarın 10-da ABŞ Xəzinədarlığının sanksiyalar üzrə keçmiş baş rəsmisi Juan Zarate Konqresdə deyib ki, Hizballah qlobal miqyasda narkotik qaçaqçılığı edir və çirkli pul yuyur.

ABŞ uzun müddətdir Hizballah-a sanksiyalar qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG