Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:00

Şimali Koreyayla daha geniş danışıqlara ümid yaranıb


Koreyalar arasındakı görüşdən foto, 9 yanvar, 2018-ci il
Koreyalar arasındakı görüşdən foto, 9 yanvar, 2018-ci il

ABŞ prezidenti Donald Trump yanvarın 10-da Şimali Koreyayla diplomatik açılımla bağlı nikbinliyini bildirib. Bu həftə Pxenyanla Cənub Koreyanın danışıqlarının regionda gərginliyi azaltmaqdan ötrü daha geniş dialoqa aparacağına ümid yaranıb.

BMT-nin Təhlükəsizlik Şurası da “Koreya yarımadasında inam yaratma imkanlarını” alqışlayıb.

Şimali Koreyayla müəyyən problemlərimiz var, amma hazırda xeyli yaxşı danışıqlar gedir. Xeyli yaxşı enerji sərf olunur… Ümid edirik bu, təkcə ölkəmizə deyil, bütün dünyaya uğur gətirəcək. Bunun haraya aparacağını kim bilir?”, – Trump mətbuat konfransında deyib.

TRUMP DA DANIŞIQLARA “HƏ” DEYİR

Yanvarın 9-da Şimali və Cənubi Koreyalar danışıqları başlatmağa, Pxenyandan idmançıların Pxençandan Qış Olimpiya Oyunlarında iştirakına razılaşıblar.

Cənubi Koreya prezidenti Moon Jae-in-in idarəsi yanvarın 10-da bildirib ki, Trump telefon söhbətində bir məqamı vurğulayıb – iki Koreya danışıqlar apardıqca hər hansı hərbi addıma əl atılmayacaq.

*** Buna da bax: Pxenyan Olimpiya oyunlarına idmançılarını göndərəcək

Ağ Evin bəyanatına görə, Moon-la Trump razılaşıblar ki, Pxenyan nüvə fəaliyyətinin məhdudlaşdırılmasının müzakirəsindən imtina etdikcə, qlobal ictimaiyyət ona sərt sanksiyalarla “maksimum təzyiq göstərsin”. Sanksiyaları bu il BMT-nin Təhlükəsizlik Şurası qoyub.

Trump həmçinin Şimali Koreyayla danışıqların uyğun vaxtda, düzgün şəraitdə keçirilməsinə açıqlığını dilə gətirib.

ABŞ prezidenti daha öncə Pxenyanla danışıqları mənasız sayırdı. Tərəflər bir-birini yox etməklə hədələyirdi.

Cənubi Koreya prezidentinin fikrincə, Pxenyana sanksiyaların məqsədi onu danışıqlar masasına gətirməkdir, “daha güclü sanksiyalar gərginliyi artırar və təsadüfi silahlı münaqişələrə gətirər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG