Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:53

Qəbələ və Şahdağa dəmir yolu çəkiləcək


«Şahdağ» Turizm Kompleksi

«Bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması, eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq».

Dövlət başçısı İlham Əliyev bunu yanvarın 10-da Nazirlər Kabinetinin «2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr»ə həsr olunan iclasında deyib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı bildirib ki, bu, həm turizm, həm də yükdaşımalardan ötrü əhəmiyyətidir:

«Turizmin inkişafı üçün daha bir layihə dövlət investisiya proqramına salınıb. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək».

İ.Əliyev növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolu çəkilişinin planda olduğunu söyləyib və bu layihənin Bakı-Yalama dəmir yolu ilə uzlaşdırılmasının gərəkdiyini bildirib:

«Çünki, Şahdağa dəmir yolu ilə getmək üçün gərək sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq, bu da bizim planlarımızda var».

Turizmi inkişaf etdirmək Azərbaycan hakimiyyətinin qeyri-neft sahəsində diqqət yetirdiyi əsas sahələrdən sayılır. Rəsmi açıqlamaya görə, ötən il ölkəyə 2.7 milyon nəfər xarici vətəndaş gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG