Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 10:06

Naxçıvan-Məşhəd-Naxçıvan qatarı bərpa edilir


Qatar

Bu il yanvarın 11-dən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa edilir.

Bunu «Azərbaycan Dəmir Yolları» (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Şöbədən deyildiyinə görə, qatar yanvarın 11-dən həftədə bir dəfə, Naxçıvandan Bakı vaxtı ilə saat 07:00-da yola düşəcək. Qatar Məşhəd stansiyasına yanvarın 12-də günorta saatlarında çatmalıdır. Elə həmin gün axşam saat 22:00-da geriyə Naxçıvana qayıtmalıdır. Onun Naxçıvana isə yanvarın 14-ü saat 06:00-da çatması gözlənilir.

Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı il dekabrın 29-dan hərəkətə başlayıb və fəaliyyəti müvəqqəti dayandırılıb. Rəsmilər bunu texniki səbəblərlə əlaqələndiriblər. Amma o vaxt bəzi ekspertlər bunu qiymətlərin bir çox insanlardan ötrü əlverişli olmaması ilə izah etmişdilər. Onda qiymətin 40 İsveçrə frankı olduğu bildirilirdi. İndi qiymətin dəyişib-dəyişmədiyi ilə bağlı açıqlama verilmir.

Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanan Çərçivə Sazişində öz əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG