Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:40

Rusiya CIA rəhbərinin dediklərini rədd edir


Mike Pompeo

Rusiya rəsmiləri yanvarın 8-də Moskvanın bu il ABŞ-da konqres seçkilərinə müdaxiləyə cəhd göstərməsi barədə iddiaları rədd edib. İddiaları Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Mike Pompeo səsləndirmişdi. O, həm də deyirdi ki, Rusiya “on illər boyunca” ABŞ-da seçkilərə müdaxilə edib.

Təkcə rusiyalıların deyil, digərlərinin də cəhdlərindən narahatam. Qərb demokratiyasına zərbə vurmaq istəyən xeyli düşmənimiz var”, – Pompeo yanvarın 7-də CBS televiziyasına söyləyib. O, rəhbərlik etdiyi qurumun bu cəhdlərə qarşı tədbirlər görəcəyini bildirib.

Rusiyanın xarici işlər nazirinin müavini Sergei Ryabkov yanvarın 8-də “Interfax” agentliyinə müsahibəsində deyib ki, Rusiya bu ilin noyabrında ABŞ-da konqresinə keçiriləcək seçkilərə müdaxilə etməyə çalışmır.

Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova da yanvarın 8-də Pompeo-nun Rusiyanın iddia olunan müdaxiləsi barədə yalan danışdığını söyləyib.

Ötən ilin yanvarında ABŞ-ın kəşfiyyat qurumları Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxilə etdiyini açıqlayıb. Bundan sonra həmin iddialarla bağlı araşdırma başlanıb. Ancaq Moskva iddiaları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG