Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:40

Müdafiə nazirliyi ilə Dini komitənin əməkdaşlığı


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2018-ci il üzrə birgə fəaliyyət planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyinin yanvarın 6-da yaydığı məlumatda bildirilir.

Sənədə görə, Azərbaycançılıq ideyası, mədəni dəyərlərin qorunub saxlanılması, radikal dini cərəyanlarla, ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq mövzularında tədbirlər keçirilməsi nəzərdə tutur.

Buna da bax: Azərbaycanda yoxsullar Rusiyadan da azdır? [media icmalı]

Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyində olan idarə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil edilməsi qərara alınıb.

Xatırlatma

Yanvarın 5-də isə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanmışdı.

Verilən məlumata görə, bu tədbirlər planı isə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədi güdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG