Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:17

İranda yeniyetmə vaxtı cinayət törədən asılıb


Qrafik foto

İrandan gələn xəbərlərə görə, yeniyetmə ikən bir uşağı zorlayıb öldürməkdə təqsirli bilinən 18 yaşlı gənc asılıb. BMT rəsmiləri və Amnesty International insan haqları qrupu edamı dayandırmağa çağırmışdı.

Tehran vilayətinin ədliyyə rəsmisi Gholamhossein Esmaili deyib ki, edam yanvarın 4-də səhər həyata keçirilib. Bu haqda yerli media yazır.

Amirhossein Pourjafar 2016-cı ilin sentyabrında ölüm cəzasına məhkum ediləndə 16 yaşı vardı. O, İranın əfqan icmasından olan 6 yaşlı qızı zorlayıb qətlə yetirməkdə təqsirli bilinmişdi.

Pourjafar-ın edamı oktyabra planlaşdırılmışdı, amma beynəlxalq təzyiqə görə edam təxirə salınmışdı.

Yanvarın 3-də BMT-nin xüsusi elçiləri Asma Jahangir Agnes Callamard, eləcə də Amnesty International Tehranı edamı təxirə salmağa çağırırdı.

İran zorlama, qətl, narkotik alveri və küfr danışmağa görə ölüm cəzası tətbiq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG