Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 04:56

Rusiya vertolyotu Suriyada qəzaya uğrayıb


Arxiv fotosu

Rusiyanın hərbi vertolyotu Suriyada qəzaya düşüb, iki pilot həlak olub. Məlumatı yanvarın 3-də Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, Mil Mi-24 hərbi vertolyotu dekabrın 31-də “texniki nasazlıq” üzündən qəzaya düşüb. Vertolyot Suriyanın Hama Hərbi Hava Bazasına uçurmuş.

Nazirlik vertolyotun müxalifət qüvvələri, yaxud islamçı yaraqlılar tərəfindən vurulmadığını bildirib.

Hadisə hava bazasının 15 kilometrliyində baş verib.

Vertolyot səkkiz nəfərlik heyət, yaxud 1500 kiloqram yük daşıya bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG