Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:01

YouTuber intihar videosuna görə üzr istəyib


İllüstrativ foto
İllüstrativ foto

Amerikada YouTube ulduzu Logan Paul dünən – yanvarın 2-də Yaponiyada intihar videosunu yerləşdirdiyinə görə üzr istəyib. O, “böyük səhv” etdiyini və özündən utandığını söyləyib. Bu haqda “Reuters” agentliyi yazır.

22 yaşlı Paul-un YouTube videopaylaşım şəbəkəsində gündəlik videobloqlarının 15 milyon çox izləyicisi var. O, dostlarıyla birlikdə Yaponiyada ağacdan asılmış meyiti çəkərkən güldüyünə görə üzrxahlıq edib. “İntihar meşəsi” adlanan məkanda lentə alınmış video sosial şəbəkəyə yerləşdirilmişdi.

*** Buna da bax: Google və Facebook-un dominantlığı artır

Logan bazar ertəsi – yanvarın 1-də sosial mediada qəzəb doğurmuş videonu silib.

“BU VİDEO HEÇ ÇƏKİLMƏMƏLİYDİ”

Ciddi bir xətaya yol vermişəm və bağışlanacağımı gözləmirəm. Sadəcə, üzr istəməkdən ötrü burdayam”, – Paul “So Sorry” (“Çox üzr istəyirəm”) adlı YouTube videosunda deyir.

Onun sözlərinə görə, dostlarının və özünün meyitin aşkarlanmasından sonra əsəbi gülməsi kadrları “çiy və rəndələnməmiş” reaksiyalar idi, video heç vaxt yerləşdirilməməli, hətta çəkilməməliydi.

“Böyük səhvə yol vermişəm. Bağışlanacağımı gözləmirəm... Özümdən utanıram. Məyusam”, – o deyib.

Logan videonu Fuji dağlarının ətəyindəki Aokigahara meşəsində çəkib. Bu meşədə intihar halları çox olur. Həftəsonu Twitter hesabında yazıb ki, bu, “indiyədək internetə yüklədiyim ən divanə və ən real videodur”.

*** Buna da bax: Facebook-da 'otlaqların faciəsi'

Videoya dərhal reaksiya verilib, bunu iyrənc və zövqsüz adlandırıblar.

Paul-a elə gəlir ki, intihar edərək ölən gəncin videosnu yerləşdirməklə YouTube tarixi yazır. Neil Armstrong deyilsən, qardaş”, – Los Ancelesdə dəfn bürosunun sahibi, “Buradan Əbədiyyətə” adlı kitabın müəllifi Caitlin Doughty Twitter-də yazıb.

“Breaking Bad” Amerika kriminal dramının ulduzu Aaron Paul isə yazıb ki, intihar zarafat deyil. “Məndə ikrah hissi oyadırsız. Bu qədər gəncin sizə baxdığına inanmağım gəlmir. Ümid edirəm, bu son video onları ayıltdı. Zibil qutusuna getməlisiz. Bu qədər bəsit. İntihar zarafat deyil”, – aktyor tvitində yazıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG