Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Google və Facebook-un dominantlığı artır


Google
Google

Google və Facebook bu il, Çin istisna olmaqla, dünyanın qalan hissəsində rəqəmsal reklamlara çəkilən ümumi xərcin 84%-ni özünə cəlb edib. Bunu WPP transmilli reklam və PR şirkətinə məxsus «GroupM» agentliyinin dəyərləndirməsinə əsasən söyləmək olar. Bu hesabat bir daha diqqəti bu iki texnologiya şirkətinin rəqəmsal reklam bazarında duopoliya yaratması faktına çəkib.

«The Financial Times» qəzeti bu proqnoza istinadən yazır ki, gələn il dünyada ümumi reklam xərcləri 4.3 faiz və ya 23 milyard dollar artacaq. «Bu artımın əksər hissəsi rəqəmsal reklama aid olacaq. Bu isə Google və Facebook deməkdir», – «GroupM»in fyuçerlər üzrə direktoru Adam Smith deyib.

100 MİLYARD DOLLARLIQ REKLAM

«GroupM»in hesablamasına görə, Çini saymasaq, 2017-ci ildə dünyada rəqəmsal reklama çəkilən ümumi xərc 100 milyard dollar təşkil edib. Google və Facebook-un dominantlığı isə istər ənənəvi, istərsə də elektron media şirkətlərinin itkiləri bahasına başa gəlib.

«Redaktə olunan media ümumi xərclərin, sadəcə, bir hissəsini cəlb edir. Google və Facebook-sa digər rəqəmsal platforma və nəşrlərin potensial qazancının çox hissəsini götürür», – Smith deyib. O əlavə edib ki, «bazarda çoxluq» problem yaratmağa başlayır. «Rəqabət bu problemi həll edəcək və çox böyük ehtimalla, bu rəqabətin mənbəyi Amazon olacaq», – o deyib.

Facebook Rusiya trollarına qarşı yeni portal yaradır
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Amazon müştəriləri müxtəlif mallar axtararkən, ondan axtarış sistemi kimi yararlandıqları üçün bu şirkət nəhəng məlumat bazasına malikdir. Amazon canlı televiziya bazarına da müraciət etməyə başlayıb. Belə ki, cümə axşamları NFL (Milli Futbol Liqası) oyunlarının nümayişi zamanı onun reklamları da efirə gedir. «eMarketer» tədqiqat şirkətinin hesablamalarına görə, Amazon-un bu il rəqəmsal reklamdan toplam gəlirinin 2.69 milyard dollardan artıq olacağı gözlənilir.

«GroupM» agentliyinin baş icraçı direktoru Kelly Clark-ın sözlərinə görə, 2017-ci il reklam sahəsində «çətin il» olub. «Brendlər hiperrəqabətli və artımın az olduğu bazarlarda fəaliyyət göstərirlər. Köhnə ənənəvi media auditoriyanın parçalanması və dominant rəqəmsal oyunçuların rəqabəti ilə üzləşməkdədir. Bu nəhənglərsə (rəqəmsal şirkətlər) öz uğurlarından dördəlli yapışıblar», – deyə o qeyd edib.

REKLAM QALMAQALLARI

Bu il Google və Facebook-un öz platformalarına reklam yerləşdirməsi ətrafında ciddi qalmaqallarla yadda qalıb. «Diageo», «Mars», «Hewlett-Packard», «Deutsche Bank» və «Mondelez» YouTube-dan və onun məxsus olduğu Google-dan reklamlarını geri götürən şirkətlərin, sadəcə, bir neçəsidir. Qeyd edək ki, bu platformanın alqoritmləri onların reklamlarını uşaqların görüntüləri və cinsi xarakterli şərhlərin yer aldığı videolara yerləşdirmişdi.

Facebook siyasi reklam qaydalarını sərtləşdirir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Reklamlarının ekstremist videolarla birlikdə verilməsi də brendləri öz reklamlarını YouTube-dan geri götürməyə vadar edib.

Bununla yanaşı, Facebook Rusiya hökumətinə yaxın qurumların ötən il ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə təsir etmək məqsədilə bu platformada yerləşdirdiyi reklam və başqa kontentlə bağlı ciddi sorğu-sualla üzləşib.

Fransa və Almaniya hökumətləri də bu ölkələrdə keçirilən seçkilərin hədəfə alındığını bildiriblər. Britaniyada isə xüsusi parlament komitəsi Facebook və başqa sosial şəbəkələrə müraciət edərək, onlardan Rusiyanın «Brexit» (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) kampaniyası və 2017-ci il seçkilərinə mümkün müdaxiləsi ilə bağlı məlumat almağa çalışır.

«GroupM» 2017-ci ildə televiziya reklamına xərclənən ümumi vəsaitin 2017-ci ildə 0.4 faiz, 2018-ci ildə isə 2.2 faiz artacağını gözləyir. Ancaq rəqəmsal reklama investisiyanın həcmi daha sürətlə artmaqdadır. Bu sahədə 2017-ci il üçün 11.5 faiz, 2018-ci ildə isə 11.3 faiz artım gözlənilir. Sözügedən proqnoza görə, 2017-ci ilin sonunda rəqəmsal reklama investisiya xərcləri - Britaniya və Almaniya da daxil olmaqla - 17 reklam bazarında ənənəvi televiziya reklamına investisiya xərclərini geridə qoyacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG