Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Kim deyir, nüvə düyməsi “masamın üstündədir”


Kim Jong Un (ortada)
Kim Jong Un (ortada)

Şimali Koreya lideri Kim Jong Un deyir ki, ölkəsi Birləşmiş Ştatları bütünlüklə nüvə silahlarıyla vurmaq bacarığını inkişaf etdirib və nüvə düyməsi “masamın üstündədir”.

Birləşmiş Ştatlar tamamilə nüvə silahlarımın əhatəsindədir və nüvə düyməsi həmişə masamın üstündədir. Bu, reallıqdır, təhdid deyil”, – Kim yanvarın 1-də televiziyayla Yeni il müraciətində deyib.

“DİALOQA YOL AÇIQDIR”

Onun sözlərinə görə, ölkəsi nüvə dövlətinə çevrilmək prosesini “tamamlayıb” və “biz kütləvi şəkildə nüvə başlıqları və ballistik raketlər istehsal etməli və onların hazır vəziyyətə gətirilməsini sürətləndirməliyik”.

*** Buna da bax: Çin Şimali Koreyaya neft ötürür?

Ancaq Kim əlavə edib ki, yalnız təhlükəsizliyə hədə yaranarsa, belə silahlardan istifadə olunacaq.

Kim Jong Un Şimali Koreyayla bağlı nisbətən barışdırıcı tonda danışıb, deyib ki, Pxenyanla Seulun əlaqələrini təkmilləşdirməkdən ötrü dialoqa “yol açıqdır”.

Onu da əlavə edib ki, fevralın 9-25-də Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək qış olimpiadasına komanda göndərməyi nəzərdən keçirir.

Kim-in sözlərinə görə, olimpiyada iştirakı müzakirə etməkdən ötrü iki ölkə rəsmiləri görüşə bilər.

Şimali Koreyanın Qış Oyunlarında iştirakı xalqlarımız arasında birliyi göstərməyə yaxşı imkandır və oyunların uğurlu keçməsini arzulayırıq”, – o deyib.

“NÜVƏ MÜHARİBƏSİNƏ YAXINDIRLAR”

Daha öncə Cənubi Koreya prezidenti Moon Jae-in Pxenyanı atletlərini olimpiada göndərməyə çağırmışdı, oyunların təhlükəsizliyinin təmin olunacağını bildirmişdi.

*** Buna da bax: Gələn il nəyi izləməli

Cənubi Koreya Birləşmiş Ştatların müttəfiqidir və bu ölkədə minlərlə Amerika əsgəri var.

Ötən il Şimali Koreya bir neçə dəfə ballistik raket və nüvə silahı sınaqdan keçirərək BMT-nin sanksiyalarını pozub. Bundan sonra Vaşinqtonla Pxenyan arasında söz savaşı baş verib.

ABŞ prezidenti Donald Trump sentyabrda BMT-də çıxışı zamanı deyib ki, Pxenyan ABŞ və müttəfiqlərini hədələyərsə, onu “tamamilə məhv edər”.

Birləşmiş Ştatlar Şimali Koreyaya maliyyə sanksiyalarının sərtləşdirilməsində aparıcı rol oynayıb. Pxenyan bu sanksiyaları “müharibə hərəkəti” adlandırıb.

ABŞ qüvvələrinin keçmiş baş qərargah rəisi, admiral Mike Mullen dekabrın 31-də ABC TV-yə deyib ki, iki ölkə liderinin aşırı ritorikasını nəzərə alsaq, Birləşmiş Ştatlar “Şimali Koreyayla nüvə müharibəsinə yaxındır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG