Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:59

Çin Şimali Koreyaya neft ötürür?


Arxiv fotosu
Arxiv fotosu

ABŞ prezidenti Donald Trump dünən – dekabrın 28-də Çini tənqid edib. Səbəb Çin gəmilərinin dənizdə Şimali Koreya gəmilərinə neft ötürməsi barədə məlumatların yayılmasıdır. Bu, BMT-nin Pxenyana nüvə silahları proqramına görə qoyduğu sanksiyaların pozulmasıdır.

"ÇİN İŞ BAŞINDA YAXALANIB"

Trump Twitter-də yazıb ki, “Çin iş başında yaxalanıb” və “Çinin nefti Şimali Koreyaya ötürməsindən xeyli məyus olub”.

Donald Trump
Donald Trump

*** Buna da bax: Lavrov deyir ki, Pxenyan məsələsində Tillersonla ‘eyni rəydədir’, amma…

Bu davam edəcəksə, Şimali Koreya probleminin dinc yolla həll etmək mümkün olmayacaq”, – prezident informasiyanın mənbəyini açıqlamadan yazıb.

Şimali Koreyanın xarici ticarət və neft təchizatının əsas hissəsi Çindən gəlir. “The Associated Press” agentliyi xatırladır ki, cəmi iki həftə öncə Trump Çinə Birləşmiş Ştatların Pxenyana qarşı kampaniyasında dəstəyinə görə təşəkkür edib.

Dekabrın 26-da Cənubi Koreyanın Chosun Ilbo qəzeti yazıb ki, ABŞ-ın kəşfiyyat peykləri Çin gəmilərinin oktyabrdan bəri 30 dəfə Şimali Koreya gəmilərinə neft ötürdüyünü aşkarlayıb. Bunu qəzetə Cənubi Koreya hökumətinin adı çəkilməyən rəsmiləri deyib. Bu məlumatı Birləşmiş Ştatların bəzi media orqanları, o cümlədən “Fox News” da yayıb.

“ÇİN BUNDAN ARTIĞINI ETMƏLİDİR”

Çinin xarici işlər nazirliyi BMT-nin sanksiyalarına əməl olunduğunu bildirib. Nazirliyin sözçüsü çərşənbə günü deyib ki, son məlumatdan xəbərsizdir, amma Çin ticarət məhdudiyyətlərinə əməl edir.

*** Buna da bax: BMT Şimali Koreyaya qarşı yeni daha sərt sanksiyalar qəbul etdi

Dövlət Departamenti bu məsələni dərhal şərh etməyib. Ancaq dövlət katibi Rex Tillerson Pekini Pxenyana “qətiyyətli iqtisadi təzyiq göstərməyə” çağırıb.

Çin müəyyən idxal qadağaları və sanksiyaları tətbiq edib, amma bundan artığını edə bilər və etməlidir”, – dövlət katibi “The New York Times”da yazıb.

BMT-nin sanksiyaları Şimali Koreyayla dənizdə gəmilərarası ticarəti qadağan edir, eləcə də bu ölkənin emal olunmuş neft məhsulları idxal etməsinə sərt məhdudiyyətlər qoyur. Bu sanksiyalar Pxenyanın qitələrarası ballistik raket sınaqdan çıxarmasına cavab olaraq qoyulub.

Ötən ay Xəzinədarlıq Şimali Koreyanın altı gəmiçilik və ticarət şirkətinə və onların 20 gəmisinə sanksiya qoyub. Oktyabrın 19-da Şimali Koreyaya məxsus gəminin neft daşıdığı iddia olunan fotolar da yayılıb. Amma bəyanatda Çin gəmilərinin bu işdə iştirak edib-etmədiyi açıqlanmayıb. O zaman ABŞ Çinin dörd şirkətini, eləcə də bir çinlini Şimali Koreyayla dərin ticarət münasibətlərinə görə qara siyahıya salmışdı.

Trump dekabrın 15-də deyirdi ki, Pxenyanın digər vacib ticarət tərəfdaşı olan Rusiya deyil, Çin sanksiyaların tətbiqinə kömək edir.

XS
SM
MD
LG