Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

BMT Şimali Koreyaya qarşı yeni daha sərt sanksiyalar qəbul etdi


BMT Təhlükəsizlik Şurası Pxenyanın ötən ay keçirdiyi raket atışına cavab olaraq Şimali Koreya üzərinə yeni sanksiyaları yekdilliklə qəbul edib.

Pxenyan bu raketin Birləşmiş Ştatların ərazisinə çatmaq qüdrətində olduğunu bəyan etmişdi.

Təhlükəsizlik Şurasının dekabrın 22-də qəbul etdiyi qətnamənin sanksiyaları Şimali Koreyanın emal olunmuş neft idxalı üzərinə kəskin limit qoyur və Şimali Koreyadan kənarda işləyən miqrantların 2019-cu ilin sonunadək vətənlərinə qayıtmasına göstəriş verir.

Şimali Koreyanın sanksiyalardan yayınmasının qarşısının alınması üçün bütün ölkələrə Şimali Koreyaya və ya oradan hər hansı şübhəli yükləri daşıyan gəmiləri saxlamaq, yoxlamaq, həbs və müsadirə etmək səlahiyyəti verilir.

Qətnamədə deyilir ki, Pxenyanın bundan sonra da qətnamələrin tələblərini pozması daha ağır cəzalandırıcı tədbirlərlə nəticələnəcək.

Fransanın BMT-dəki səfiri Francois Delattre deyib ki, yeni sanksiyalar həqiqətən də ağırdır.

Səfir deyib: “Maksimum sərtlik bizim müharibə riskinə qarşı ən yaxşı vasitəmizdir”.

Birləşmiş Ştatlar ötən ay bildirmişdi ki, müharibə başlanacağı təqdirdə Şimali Koreyanın rəhbərliyi “tam şəkildə” məhv ediləcək.

Dekabrın 21-də Şimali Koreyanın başçısı Kim John demişdi ki, onun ölkəsi “sürətlə strateji dövlətə çevrilir və Birləşmiş Ştatlara əhəmiyyətli təhlükə təşkil edir”.

XS
SM
MD
LG