Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:54

Etirazlarda "Yaşasın Rza şah" kimi şüarlar səslənir


Tehranda universitet yanında tələbələrlə polisin qarşıdurması

İran hökuməti dekabrın 31-də etirazçılara xəbədarlıq edib ki, Doroud şəhərində iki adamın ölümünə gətirən qanun pozuntularının “hesabını verəcəklər”.

Fərda Radiosunun məlumatına görə, Tehran unuversiteti yanında dekabrın 30-da etirazçılar “Seyyid Ali Khamenei, sənə ar olsun!” – şüarı qışqırıblar.

Reutersin məlumatına görə isə, şüarlar arasında “Yaşasın Rza şah” kimi şüarlar da var.

Tehranda cümə namazlarına başçılıq edən Ahmad Khatami belə şüarlara görə, cəzalandırmağı tələb edib.

Hökumət sözçüsü Mohammad Bager Nobakht isə televiziya ilə çıxışında deyib ki, yeni ildəİranda 830 min yeni iş yeri yaradılacaq. Hazırda İranda 3 milyon 200 mnin rəsmi işsiz var.

İranda etirazlar yumurtanın və toyuq ətinin bahalanmasına etirazlardan başlayıb. Daha sonra bütün İrana yayılan etirazlarda siyasi şüarlar da səslənir.

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi isə 1979-cu il İslam İnqilabı ilə devrildi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG