Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

Türkiyə Rusiyayla 2,5 milyard dollarlıq sazişi imzalayır


S-400 sistemləri
S-400 sistemləri

Ankaradan gələn xəbərlərə görə, Rusiya və Türkiyə 2,5 milyard dollarlıq kontraktı imzalayıblar. Bu sənəd Rusiyanın Türkiyədə S-400 raket sistemləri satmasını nəzərdə tutur.

Bu saziş hələ imzalanmamışdan Qərbi narahat edirdi. Çünki Türkiyə NATO üzvüdür və havadan müdafiə sistemləri alyansın müdafiəsinə inteqrasiya oluna bilməz.

Bəzi qərb ölkələri Türkiyənin S-400 almaq niyyəti Ankaranın NATO-ya zərbəsi sayırlar. Belə ki hərbi alyansla Rusiya arasında Suriya və Ukrayna münaqişələrindən dolayı gərginlik var.

45 FAİZ AVANS KİMİ ÖDƏNİR

Rusiyanın Rostec dövlət şirkətinin rəhbəri Sergei Chemezov dekabrın 27-də “Kommersant”a müsahibəsində deyirdi ki, saziş Türkiyəyə dörd komplekt S-400 göndərilməsini nəzərdə tutur.

Chemezov-un sözlərinə görə, raket sistemlərinin Türkiyəyə göndərilməsi 2020-ci ilin martından başlamalıdır.

*** Buna da bax: S-400-ün əsas işi 'sarayı qorumaq' olacaq

“Onlar kontraktın dəyərinin 45 faizini avans kimi ödəyirlər. 55 faizi də Rusiyanın ayırdığı kreditdir”, – Chemezov “Kommersant”a deyib.

Bu sistemlərin əhatə miqyası 400 kilometrdir və 30 kilometr yüksəklikdə hədəfləri vura bilər.

S-400 alınmasıyla bağlı danışıqların aparıldığını ilk dəfə sentyabrda Türkiyə prezidenti Recep Tayyip Erdogan açıqlayıb.

Rusiyayla Türkiyə Suriya münaqişəsində qarşı tərəfləri dəstəkləyirlər. 2015-ci ilin noyabrında Rusiya hərbi təyyarəsi Suriya sərhədində Türkiyə tərəfdən vurulandan sonra münasibətlər pisləşsə də, Erdogan-la rusiyalı həmkarı Vladimir Putin onları bərpa edə bilib.

Rusiya baş nazirinin müavini Dmitry Rogozin dekabrın 27-də deyib ki, Moskva tezliklə Hindistanla da S-400 sistemləriylə bağlı razılaşma imzalamaq istəyir.

Oxşar sazişin Səudiyyə Ərəbistanıyla da bağlanacağı bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG