Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 09:04

Qanunsuz tikintini sənədləşdirəni xəstəxanalıq ediblər


Andrey Rudomakha

Rusiyanın cənub-qərbində yerləşən Krasnodar şəhərində ətraf mühit fəalı naməlum şəxslər tərəfindən bərk döyülüb.

Fəal Andrei Rudomakha-nın həmkarı dekabrın 29-da Facebook-da yazıb ki, Rudomakha dekabrın 28-də məruz qaldığı hücum nəticəsində beyin travması alıb və xəstəxanaya yerləşdirilib.

Rudomakha ətraf mühitlə bağlı qeyri-hökumət təşkilatının koordinatorudur. O, həmkarlarıyla birlikdə Rusiyanın Qara Dəniz sahilindən qayıdırmış, orada dəbdəbəli binanın qanunsuz tikintisini sənədləşdirib.

Qrup üzvləri maskalı şəxslərin onların maşınını saxlatdığını, fəalların üzünə bibər qazı vurub, daha sonra Rudomakha-nı döyməyə başladıqlarını deyiblər.

Hücum edənlərin fəalların çantalarını da oğurladıqları bildirilir. Çantaların içində laptoplar, kameralar, qanunsuz tikintini göstərən video olub.

Krasnodar regional polisi hücumun araşdırıldığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG