Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:42

MTRŞ müsabiqənin qalibini açıqlayıb


TV-qüllə

Bu gün, dekabrın 28-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Bu barədə MTRŞ məlumat yayıb.

İclasda ixtisaslaşan (xəbər) televiziya kanalının açılmasından ötrü ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) noyabrın 16-dan dekabrın 16-na kimi elan edilən müsabiqənin nəticələri dəyərləndirilib.

MTRŞ bildirir ki, iştirakçılardan «BAKU ART LAB» MMC, «Türkel TV» MMC və «MEDİA MASTER» MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

«Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan «Türkel TV» MMC müsabiqənin qalibi elan edilib. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib», - məlumatda vurğulanır.

MTRŞ-nın bu qərarına hələlik müsabiqənin başqa iştirakçılarından münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG