Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:54

Vladimir Putin-in namizədliyi qeydə alınıb


Vladimir Putin

Rusiyanın Mərkəzi Seçki Komissiyası Vladimir Putin gələn ilki prezident seçkisinə namizədliyini dəstəkləyən təşəbbüs qrupunu qeydiyyata alıb. Ona xüsusi seçki hesabı açmağa və seçki təbliğatı kampaniyası başlatmağa icazə verilib.

Putin sənədlərini az öncə təqdim etmişdi. Özü namizədliyinin rəsmən irəli sürüldüyü tədbirə «gərgin qrafik» üzündən qatılmamışdı.

Vladimir Putin-in 65 yaşı var. O, 1999-cu ildən Rusiyaya rəhbərlik edir. Bunun 13 ilini prezident postunda, dörd ilini hökumət başında keçirib.

Rusiyada prezident seçkisi 2018-ci il martın 18-nə təyin olunub.

Aparıcı müxalifətçi Aleksei Navalny-nin namizədliyi qeydə alınmayıb. MSK onun nə vaxtsa məhkum olunduğunu əsas gətirərək seçkiyə buraxmayıb. Bundan sonra Navalny seçkini boykot etməyə çağırıb, ümumrusiya etiraz aksiyası elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG